6-06-2026, 22:48 283

Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi

2026-cı ilin ilk üç ayında Azərbaycan xaricdən 5 min 858 ton süd və qaymaq alıb. Rəsmi statistikaya görə, bu idxala 10 milyon 386 min ABŞ dolları vəsait sərf olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 35 faiz, dəyər baxımından isə 61 faiz artım deməkdir.

Müşahidə olunan artım tempi bu seqmentdə ciddi struktur dəyişikliklərinin baş verdiyini göstərir. Belə olan halda sual yaranır: süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımının səbəbi nədir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Həm idxal, həm də xərc artıb

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, süd və qaymaq idxalına çəkilən xərclərin kəskin artımı təkcə qiymətlərin bahalaşması ilə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm idxal həcminin genişlənməsi, həm də xarici bazarlarda baş verən dəyişikliklər mühüm rol oynayır. Belə ki, idxalda təxminən 35 faizlik artım qeydə alınıb ki, bu da daxili istehsalın mövcud potensialına baxmayaraq, tələbatın yerli imkanlar hesabına tam ödənilmədiyini göstərir. Nəticədə bazarda yaranan boşluq idxal hesabına doldurulur.

Ekspert qeyd edir ki, hazırda dünyada müşahidə olunan geosiyasi proseslər də qiymətlərin formalaşmasına birbaşa təsir edir. Enerji resurslarının bahalaşması, nəqliyyat xərclərinin artması və logistika zəncirlərinin uzanması xüsusilə tez xarab olan məhsullar üçün daha ciddi problemlər yaradır. Süd və qaymaq məhsullarının daşınması isə xüsusi "soyuq zəncir" sistemi tələb etdiyindən, bu sahədə xərclər daha yüksək olur. Üstəlik, geosiyasi qeyri-sabitlik dövründə sığorta haqlarının artması da idxalın maya dəyərini yüksəldən amillər sırasındadır. Bu səbəbdən, süd və qaymaq idxal edən bütün ölkələr kimi Azərbaycan da qlobal qiymət artımının təsiri altındadır. Məlumatlara görə, ölkədə bu məhsullar üzrə qiymət artımı təxminən 19,3 faiz təşkil edir.

Premium məhsullara artan maraq

A.Nəsirli diqqətə çatdırır ki, idxal strukturunda da müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, bazarda məhsul çeşidi genişlənib, yeni brendlər ortaya çıxıb və daha yüksək keyfiyyətli, premium seqmentə aid məhsulların idxalı artıb. Bu isə onu göstərir ki, ölkə daxilində daha keyfiyyətli və fərqli məhsullara tələbat formalaşır. Lakin bu tendensiya ümumi idxal dəyərinin yüksəlməsinə də təsir edir.

Ekspertin sözlərinə görə, Azərbaycan uzun illər süd və süd məhsulları üzrə idxalda əsasən daha ucuz mənbələrə, xüsusilə İrana üstünlük verirdi. Lakin son dövrlərdə mövcud geosiyasi və iqtisadi vəziyyət səbəbindən bu istiqamətdə idxal imkanları məhdudlaşıb. Nəticədə, həm ucuz məhsul təklifi azalıb, həm də İrandan gələn məhsulların qiyməti müəyyən qədər yüksəlib. Bu boşluğu doldurmaq üçün alternativ bazarlara yönəlmişik.

Hazırda idxal coğrafiyası daha da genişlənib və Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan, eləcə də Avropa ölkələrindən süd və qaymaq məhsulları gətirilir. Lakin bu ölkələrdən idxal olunan məhsulların əhəmiyyətli hissəsi daha yüksək qiymətli seqmentə aid olduğundan, ümumi idxal xərcləri də artır.

Yerli istehsalı zəiflədən amillər

Məsələnin digər tərəfi isə daxili istehsalın niyə bu tələbatı qarşılaya bilməməsi ilə bağlıdır. Ekspertin fikrincə, bu, heyvandarlıq sektorunda mövcud olan sistemli problemlərlə əlaqədardır. Əsas çətinliklərdən biri örüş sahələrinin məhdudlaşmasıdır. Azərbaycanda təxminən 1,5 milyon hektar örüş sahəsinin olduğu bildirilsə də, onun 400 min hektardan çox hissəsi müxtəlif səbəblərlə istifadədən çıxıb və ya başqa təyinatlara yönəldilib. Bu isə heyvandarlığın genişlənməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla yanaşı, istehsal xərclərinin artması da fermerlərin fəaliyyətini çətinləşdirir. Ekspert qeyd edir ki, bəzi ölkələrlə müqayisədə Azərbaycanda dizel yanacağının qiyməti yüksəkdir və bu, istehsalın maya dəyərinə birbaşa təsir edir: "Nəzərə alsaq ki, kənd təsərrüfatında xərclərin 30-40 faizi məhz yanacaqla bağlıdır, bu artımın ümumi qiymətlərə təsiri qaçılmaz olur. Digər mühüm məqam isə subsidiyalaşma mexanizmi ilə bağlıdır. Heyvandarlıq sahəsində subsidiyalar məhduddur. Bunun əsas səbəblərindən biri heyvanların qeydiyyat və identifikasiya sisteminin tam formalaşmamasıdır. Mövcud vəziyyətdə heyvanların cəmi 10-15 faizinin rəsmi qeydiyyata alındığı bildirilir ki, bu da subsidiyaların tam və effektiv şəkildə tətbiqini çətinləşdirir".

İstehsal xərclərinin artımı bazarı dəyişir

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son dövrlərdə yem qiymətlərinin yüksəlməsi süd istehsalının maya dəyərinə birbaşa təsir göstərib. Bu tendensiya xüsusilə qış aylarında daha qabarıq hiss olunub və nəticədə fermer təsərrüfatlarından çıxış qiymətləri ilk dəfə olaraq 98 qəpik-1 manat səviyyəsinə yaxınlaşıb. Südün ilkin satış qiymətində baş verən bu artım emal müəssisələrinin xərclərini yüksəldib və onları alternativ xammal mənbələri axtarmağa sövq edib. Nəticə etibarilə, bir sıra müəssisələr daha sərfəli qiymət və stabil təchizat üçün yaxın xarici bazarlara yönəlib, bu isə süd və qaymaq idxalının artmasına təkan verən əsas amillərdən birinə çevrilib.

İdxal strukturunda dəyişiklik

Ekspert diqqətə çatdırır ki, bazarda başqa bir mühüm dəyişiklik də müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı idxalında azalma qeydə alınıb. Bu isə idxal strukturunun dəyişdiyini göstərir: artıq hazır məhsuldan daha çox xammal formasında - yəni süd və qaymaq şəklində məhsullar ölkəyə gətirilir. Bu xammal daxildə emal olunaraq son məhsula çevrilir və bazara təqdim edilir.

C.İbrahimli vurğulayır ki, idxal olunan xammalın bir hissəsi yalnız daxili tələbatı ödəmək üçün deyil, eyni zamanda emal edilərək yenidən ixrac üçün də istifadə olunur. Xüsusilə kərə yağı istehsalı bu baxımdan önə çıxır. Bu isə onu göstərir ki, Azərbaycan süd məhsullarının emalı sahəsində müəyyən istehsal və texnoloji potensiala malikdir və bu potensialdan istifadə getdikcə genişlənir.

Ekspertin fikrincə, bu tendensiya müsbət qiymətləndirilə bilər. Əgər xammal bazası gücləndirilərsə, gələcəkdə daxili istehsal hesabına xama, qaymaq və kərə yağı kimi məhsulların istehsalının həcmini artırmaq mümkündür. Bu isə həm idxaldan asılılığın azalmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər.

Paylaş

Xəbər lenti

Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR