
Ermənistanda parlament seçkiləri ilə bağlı səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 milyon 485 min 851 vətəndaş seçki hüququna malikdir.
BAKU.WS xəbər verir ki, seçicilərin səs verməsi üçün respublika ərazisində ümumilikdə 2 005 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesi saat 20:00-da yekunlaşacaq.
Parlament seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 seçki bloku mübarizə aparır. Qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmaq üçün partiyalar minimum 4 faiz, iki partiyadan ibarət bloklar 8 faiz, daha geniş tərkibli bloklar isə 10 faiz səs toplamalıdır. Seçici fəallığı ilə bağlı hər hansı minimum iştirak həddi müəyyən edilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.