
İran hökuməti hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini ləğv edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
"Təhlükəsiz mühit yaradıldıqdan və müvafiq orqanlarla lazımi koordinasiyanı tamamladıqdan sonra uçuş məhdudiyyətləri ləğv edilib və ölkənin aviasiya əməliyyatları tədricən planlaşdırıldığı kimi normal fəaliyyətə qayıdır", - deyə məlumatda qeyd olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.