
Tanınmış kulinariya eksperti Fərhad Aşurbəyli hazırda daşqınlara məruz qalan Nepaldadır.
BAKU.WS-in məlumatına görə, bu barədə bloger Teymur Axundov bildirib.
O qeyd edib ki, hazırda Nepalın dağ kəndlərindən birində qalırlar. Bir gün orada gecələməli olacaqlar.
Teymur Axundov yaxınlarının onlara görə xeyli narahat olduğunu deyib.
"Vəziyyətimiz yaxşıdır. Bizə zəng edən, yazan, narahat olan və halımızı soruşan hər kəsə ürəkdən təşəkkür edirəm. Açığı, bu fəlakətin içində qalmamaq bizim üçün böyük bir möcüzə oldu. Sadəcə oteldən çıxmağımız 3 saat gecikdi.
Bəzən anlayırsan ki, gecikmək - əslində vaxtında çatmaqdır" - deyə o bildirib.
Qeyd edək ki, Nepalın Çinlə həmsərhəd olan Tibet bölgəsində baş verən daşqınlar və palçıq sürüşmələrinin fəsadları davam edir.
Təbii fəlakətdən sonra 579 nəfər itkin hesab edilib.
Yerli qurumların yaydığı rəsmi məlumatlarda itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşı olduğu qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.