
Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.