
Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisindən keçən Xaçın çayında qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Avtomobilin çaydan çıxarılması istiqamətində tədbirlər görülüb.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.