
Kəlbəcərədə minik maşını çaya aşıb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
"Niva " markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü E. Nadirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.