
Gəncədə evdən meyit tapılıb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.