
27 yaşlı aktrisa Cemre Baysel yeni və lüks "Jeep"i ilə gündəmə gəlib.
AVESTA.AZ xəbər verir ki, aktrisanın maşınının qiyməti 12 milyon lirədir.
Cemre İstanbulda yaşadığı halda yeni avtomibilinə İzmir şəhərinə aid dövlət qeydiyyat nişanı alıb. Onun bu addımı sevənləri tərəfindən marağa səbəb olub.
Aktrisanın doğulduğu şəhərə çox bağlı olduğunu bildiriblər.
Dövlət qeydiyyat nişanında aktrisanın adındakı hərflər də yer aldığı bildirilib.
Qeyd edək ki, aktrisa son zamanlar daha çox səhhəti ilə bağlı gündəmə gəlir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.