
Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
Bu barədə BAKU.WS-ə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paralimpiyaçı turnirdə BC2 kateqoriyasında yer alacaq. Onu yarışda məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.
Dünya çempionatı 27 avqust - 1 sentyabr aralığında baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.