
Portuqaliya millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk qələbəsini qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda günün ilk matçında İspaniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma 3:1 hesabı ilə bitib.
Günün ikinci görüşündə Azərbaycan yığması Belçika ilə qarşılaşacaq. Bu oyun saat 18:30-da start götürəcək.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.