24-06-2026, 19:48 225

Elnur Əliyev: Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir

Texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir.

AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" çərçivəsində həyata keçirilən "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş zamanı deyib.

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə vurğulanıb ki, ölkənin rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Qeyd olunub ki, dövlət tərəfindən formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi daşıyır.

Həmçinin, 4SİM-in icraçı direktoru Fariz Cəfərov "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı" çərçivəsində ölkədə müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda müəssisələrin texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq metodologiyalar əsasında ölçülüb.

Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən fərdi yol xəritələri formalaşdırılıb.

Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə prioritetləri, məlumat əsaslı idarəetmə yanaşmaları, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri barədə məlumat verilib.

Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və təkliflərini bölüşüblər.

Paylaş

Xəbər lenti

Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Bu gün, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Bu gün, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Bu gün, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Bu gün, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Bu gün, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Bu gün, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Bu gün, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR