
Ukraynada gedən döyüşlərdə azərbaycanlı hərbçi həyatını itirib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov döyüşlər zamanı həlak olub.
Məlumata görə, Zaur Həbibov 2014-cü ildən etibarən Ukraynanın müdafiəsində iştirak edib. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra isə həmin ilin iyununda yenidən hərbi xidmətə qayıdaraq döyüş tapşırıqlarını yerinə yetirib.
Z.Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığı zamanı itkin düşüb.
Bir neçə gün əvvəl onun döyüşlərdə həlak olması rəsmi şəkildə təsdiqlənib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.