
İsrailli aktyor və pilot Qay Kapulnik sentyabrın 24-də ABŞ-də kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
AVESTA.AZ xəbər verir ki, hadisə zamanı 46 yaşlı aktyor təyyarəni özü idarə edib.
Onun yanındakı 33 yaşlı sərnişin Teylor Lask də qəzada həlak olub.
Qay Kapulnik İsrail Müdafiə Qüvvələrinin elit axtarış-xilasetmə bölməsində xidmətdə olub. Qəzada onunla bitlikdə həlak olan Teylor Lask da ondan dərs alırmış.
Xatırladaq ki, Qay Kapulnik "The Call of the Wild", "Room 514" kimi ekran işlərində çəkilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.