
Şahmat üzrə keçmiş dünya çempionu, Bakıda doğulan Harri Kasparov ABŞ və Litva xüsusi xidmət orqanlarının onun həyatı üçün təhlükə barədə xəbərdarlıq etdiyini açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "BBC News" telekanalı məlumat verib.
Kasparovun sözlərinə görə, o və "Free Russia Forum"un həmtəsisçisi İvan Tyutrin təhlükəsizlik tədbirlərinə riayət etmələri barədə xəbərdarlıq alıblar. O, mümkün sui-qəsdin birbaşa hədəfi olduğunu bilmədiyini də qeyd edib.
ABŞ Ədliyyə Nazirliyi daha əvvəl "Russian Intelligence Services Network" şəbəkəsinin beş ehtimal edilən üzvünə qarşı ittiham irəli sürüb. İstintaqa görə, şəbəkə rusiyalı dissidentlərə qarşı hücum və qətllər hazırlayıb.
Kasparov Rusiyanı 2013-cü ildə tərk edib. O, 1963-cü ildə Bakıda anadan olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.