Dünən, 16:48 117

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir.

AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli nəqliyyat və dəhliz strategiyası ölkənin tranzit imkanlarının genişlənməsi üçün ciddi potensial yaradır.

"Prezidentin çıxışında bir çox vacib istiqamətlərlə yanaşı, Azərbaycanın uzunmüddətli dəhliz strategiyası və bu strategiyanın bu gün yaratdığı reallıqlar xüsusi yer tuturdu. Ölkənin hazırkı tranzit imkanları 20 ildən artıq müddətdə ardıcıl şəkildə həyata keçirilən nəqliyyat siyasətinin nəticəsidir", - deyə ekspert bildirib.

E. Əmirov qeyd edib ki, qlobal logistikanın əhəmiyyəti indiki səviyyəyə çatmazdan əvvəl Azərbaycan liman, dəmir yolu, avtomobil yolları, gəmiçilik və hava daşımaları kimi müxtəlif nəqliyyat infrastrukturlarına böyük investisiyalar yatırıb:

"Bu proses həm dövlət investisiyaları, həm də xarici investisiyaların cəlb edilməsi hesabına həyata keçirilib. Burada Azərbaycanın coğrafi mövqeyi də mühüm üstünlük yaradıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bununla yanaşı, Azərbaycan Cənub-Qərb və Şimal-Qərb kimi digər marşrutların da kəsişmə nöqtəsidir. Hələ Orta Dəhliz və Şimal-Cənub dəhlizi anlayışları geniş yayılmamışdan əvvəl Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, eləcə də Avropa ilə Asiyanı birləşdirməyə yönəlmiş TRASEKA layihəsi Azərbaycanın tranzit potensialının formalaşmasında mühüm rol oynayıb".

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Ekspertin sözlərinə görə, mövcud infrastrukturun inkişaf etdirilməsi və multimodal nəqliyyat sistemlərinin qurulması Azərbaycanın gələcək tranzit imkanlarının daha da genişlənməsinə şərait yaradır.

"Düşünürəm ki, mövcud infrastrukturun vəziyyəti, eyni zamanda Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları, donanma, hava limanları və digər nəqliyyat elementlərini əhatə edən multimodal sistemlər qurması uzaq gələcək üçün daha böyük potensial haqqında düşünməyə imkan verir", - E. Əmirov vurğulayıb.

O bildirib ki, bu baxımdan Ələt limanının imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı Beynəlxalq Dəniz Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması da bu strategiyanın tərkib hissəsidir.

E. Əmirov Xəzər dənizinin Azərbaycanın tranzit potensialında xüsusi rol oynadığını diqqətə çatdırıb:

"Orta Dəhlizin əsas seqmentlərindən biri Xəzərdən keçir. Mərkəzi Asiyanın Avropaya çıxışının Azərbaycan üzərindən təmin olunması, eləcə də Çinin Avropaya yükdaşımalarında Şimal və Cənub marşrutlarında yaranan geosiyasi risklər fonunda Xəzərdən keçən marşrutun əhəmiyyətinin artması Orta Dəhlizi Çin üçün də strateji istiqamətə çevirir. Bu amillər Azərbaycanın tranzit üzrə qarşıya qoyduğu hədəfləri daha real və perspektivli edir".

Ekspert Zəngəzur dəhlizinin də Azərbaycanın nəqliyyat strategiyasında mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut artıq yalnız Azərbaycanla Naxçıvan arasında bağlantı məsələsi kimi qiymətləndirilə bilməz:

"Zəngəzur dəhlizi Azərbaycan-Naxçıvan bağlantısı kontekstindən daha geniş məna daşıyır. Bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin müəyyən seqmenti ola bilər. Rəsmi məlumatlara əsasən, dəhlizin reallaşması Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmini əlavə olaraq 15 milyon ton artıra bilər".

E. Əmirov hesab edir ki, qlobal geosiyasi vəziyyət də Azərbaycanın tranzit əhəmiyyətini artıran amillərdən biridir.

"Şimalda Rusiya-Ukrayna münaqişəsi, cənubda isə İran-ABŞ-İsrail arasında hərbi qarşıdurma fonunda regionda nəqliyyat marşrutlarının təhlükəsizliyi və alternativliyinə tələbat artır. Tərəflərin mövqelərinin bir-birindən kəskin fərqlənməsi bu proseslərin yaxın perspektivdə başa çatacağı ilə bağlı qeyri-müəyyənliyi artırır", - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu şəraitdə Şimal Buzlu okeanından Hind okeanına qədər uzanan coğrafiyada Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir:

"Bu coğrafiyada Azərbaycan siyasi və iqtisadi sabitliyi, nəqliyyat infrastrukturu və müxtəlif istiqamətləri birləşdirən marşrutları ilə fərqlənir. Eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat və iqtisadi əlaqələr sistemində rolu son illərdə genişlənib. Düşünürəm ki, Prezidentin çıxışında səsləndirdiyi fikirlərin arxasında məhz bu reallıqlar dayanır".

Paylaş

Xəbər lenti

Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi Bu gün, 18:48 Tramp ABŞ-də Superkəşfiyyat Qüvvələrinin yaradıldığını açıqladı Bu gün, 18:48 UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçında ikinci hissə başlayıb Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər Bu gün, 18:48 Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" Bu gün, 17:48 Sabah hava meteohəssas insanlara necə təsir edəcək? Bu gün, 17:48 Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə matçda hesabı açıb Bu gün, 17:48 Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü Bu gün, 17:48 Trampdan hər bir ABŞ vətəndaşına 5 min dollarlıq ödəniş vədi Bu gün, 16:48 Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 16:48 Türkiyədə 4,8 maqnitudalı zəlzələ baş verib Bu gün, 16:48 Vətən müharibəsi iştirakçısına vəzifə verildi Bu gün, 16:48 Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməli - Foto Bu gün, 15:48 Kərim Abbasov üzr istədi Bu gün, 15:48 Ferhat Gündoğdunun həbsinin DETALLARI Bu gün, 14:48 Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb Bu gün, 14:48 Məkkə sazişinə qoşulanların sayı arta bilər Bu gün, 14:48 Cəbrayıla qayıdan sakinlərdən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 13:48 Qubada yol tamamilə çökdü Bu gün, 13:48 Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı Bu gün, 13:48 Ciqan valideynlikdən məhrum oluna bilər Bu gün, 13:48 Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazanıb Bu gün, 13:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb Bu gün, 12:48 Cəbrayıla qayıdan sakinlərindən neçə nəfər işlə təmin edilib? - RƏSMİ Bu gün, 12:48 Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? Bu gün, 12:48 Bakıda ev tikintisi faciə ilə nəticələndi Bu gün, 12:48 Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq Bu gün, 12:48 "Bakıda bir ağac yetişdirmək uşaq böyütməkdən çətindir" - Paytaxtın yaşıllıq planı Bu gün, 11:48 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 11:48 Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı Bu gün, 11:48 Rusiya qüvvələri Donetskdə daha bir istiqamətdə irəliləyib Bu gün, 11:48 COP29 Sədrliyi Fici və Tuvaluda səfərdədir Bu gün, 11:48 Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR