
Yəməndəki "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlərinə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıblar.
AVESTA.AZ xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Saria əməliyyatların uğurla başa çatdığını iddia edib.
Onun sözlərinə görə, hədəflərə dəqiq zərbələr endirilib və hücuma məruz qalan obyektlərdə güclü yanğınlar baş verib.
Saria bildirib ki, hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının son 12 saat ərzində Səna və Yəmənin digər əyalətlərinə endirdiyi 50 hava zərbəsinə cavab olaraq həyata keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.