
ABŞ Prezidenti Donald Tramp ölkədə Superkəşfiyyat Qüvvələrinin (SIF) yaradıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasındakı hesabında paylaşım edib.
Bildirilib ki, yeni qurumun əsas vəzifəsi ABŞ-nin superkəşfiyyat sahəsində qlobal liderliyini qorumaq məqsədilə federal hökumətin fəaliyyətini əlaqələndirmək olacaq.
Trampın sözlərinə görə, SIF ABŞ hökumətinin istehlakçılar, ictimai və dini təşkilatlarla qarşılıqlı fəaliyyətinin koordinasiyasını həyata keçirəcək.
Qurum, həmçinin süni intellekt texnologiyaları hazırlayan şirkətlər və kritik infrastruktur təminatçıları ilə əməkdaşlığın əlaqələndirilməsində iştirak edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.