
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Harş Sinhi məğlub edib.
Ə.Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə üz-üzə gələcək.
Azərbaycan idmançısı daha əvvəl 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.
***14:27
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
BAKU.WS xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşinturu məğlub edib.
Digər cüdoçu Könül Əliyeva da dünya çempionatında 1/8 finala yüksəlib. 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib.
K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.
***14:20
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
BAKU.WS-in məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub.
B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı.
***13:44
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
BAKU.WS-in məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.
B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək.
Digər cüdoçumuz Şəfəq Həmidova Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. 48 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya məğlub olub.
***10:10
Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
BAKU.WS-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Qadın cüdoçular arasında - 48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq.
Eyni çəkidə digər təmsilçimiz Könül Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.
Kişilərin - 60 kq çəki dərəcəsində isə Balabəy Ağayev və Əhməd Yusifov tatamiyə çıxacaqlar.
Balabəy Ağayev 1/16 finalda Belarus təmsilçisi Artsiom Kolasau ilə Ukrayna cüdoçusu Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
Əhməd Yusifovun 1/16 finaldakı rəqibi isə Özbəkistan təmsilçisi Baxrom Boturovla Monqolustan cüdoçusu Tumenjarqal Tuvşintur arasındakı qarşılaşmanın qalibi olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.