
Yəmənin "Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft emalı zavoduna endirilən zərbəyə görə məsuliyyəti üzərinə götürüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Silahlı qüvvələr Cizan şəhərindəki "Aramco" neft emalı zavoduna dron hücumunu uğurla həyata keçirib və birbaşa zərbə endirib", - açıqlamada qeyd olunur.
Əməliyyat Səudiyyə Ərəbistanının Saada və Hacə əyalətləri üzərindəki hava məkanına dron hücumuna cavab olaraq həyata keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.