Bu gün, 18:48 76

Rövşən Muradov:

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir.

AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi iqtisadi siyasətin ayrıca istiqaməti olmaqdan çıxaraq milli təhlükəsizlik, xarici siyasət və geosiyasi təsir imkanları ilə sıx bağlı olan strateji amilə çevrilib.

"Son illərdə dünyanın müxtəlif regionlarında hərbi-siyasi qarşıdurmaların genişlənməsi, ənənəvi təchizat zəncirlərində yaranan fasilələr, enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı risklər və iri iqtisadiyyatların alternativ mənbələr axtarışı qlobal enerji arxitekturasını əhəmiyyətli şəkildə dəyişdirir. Burada mühüm məqam yalnız enerjiyə tələbatın artması deyil. Daha mühüm tendensiya etibarlı mənbədən, proqnozlaşdırılan tərəfdaşdan və təhlükəsiz marşrutlardan enerji əldə edilməsinə olan tələbin yüksəlməsidir. Məhz bu dəyişiklik Azərbaycanın geoiqtisadi əhəmiyyətini əvvəlki dövrlərlə müqayisədə daha da artırır", - deyə deputat bildirib.

R.Muradov qeyd edib ki, Azərbaycanın üstünlüyü yalnız zəngin enerji ehtiyatlarına malik olması ilə məhdudlaşmır: əsas üstünlük hasilat, emal, ixrac, tranzit infrastrukturu və müxtəlif bazarlara çıxış imkanlarının vahid sistemdə birləşdirilməsidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edən ölkələrdən biri olduğu vurğulanıb. Geosiyasi qarşıdurmaların davam etdiyi şəraitdə Azərbaycan qazına və digər enerji məhsullarına tələbatın artacağı da qeyd olunub.

"Bu baxımdan Azərbaycanın enerji siyasətinin əsas nəticəsi yalnız ixrac həcmlərinin artması deyil. Ölkə enerji resurslarını beynəlxalq bazarlara çıxaran infrastrukturun, uzunmüddətli müqavilələrin və müxtəlif istiqamətlər üzrə enerji bağlantılarının formalaşdırılmasına nail olub. Bu isə enerji resurslarının iqtisadi əhəmiyyəti ilə yanaşı, Azərbaycanın beynəlxalq enerji sistemində rolunu da gücləndirir", - deputat vurğulayıb.

Rəqəmlər də Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini göstərir. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 33,4 milyard kubmetr təbii qaz hasil edilib. Həmin dövrdə xaricə 16,4 milyard kubmetr qaz ixrac olunub. İxracın 5,9 milyard kubmetri Avropanın, 7,5 milyard kubmetri Türkiyənin, 1 milyard kubmetri isə Suriyanın payına düşüb.

2025-ci ildə isə Azərbaycan və SOCAR tərəfindən Avropa İttifaqına 12,5 milyard kubmetr təbii qaz tədarük edilib. Bu, 2021-ci illə müqayisədə 53,8 % çoxdur. Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına 2026-cı ilin yanvarından başlanması da Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropadakı coğrafiyasının genişləndiyini göstərir.

"Burada Cənub Qaz Dəhlizinin rolu xüsusilə böyükdür. Təxminən 3 500 kilometr uzunluğunda olan bu infrastruktur Xəzər hövzəsini Türkiyə və Avropa bazarları ilə birləşdirir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından bu dəhliz sadəcə nəqliyyat infrastrukturu deyil, ölkənin enerji siyasətinin əsas strateji dayaqlarından biridir. Avropa İttifaqı da Azərbaycan qazının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində rolunu açıq şəkildə qeyd edir", - R.Muradov deyib.

Deputat hesab edir ki, müasir geosiyasətdə enerji resurslarının siyasi və iqtisadi çəkisini müəyyən edən əsas amil həm ehtiyatların həcmi, həm də həmin resursların bazarlara hansı sabitliklə və hansı infrastruktur vasitəsilə çatdırılmasıdır.

"Yerin altında olan enerji ehtiyatı potensialdır. Onu geoiqtisadi kapitala çevirən isə infrastruktur, uzunmüddətli müqavilələr, investisiyalar, tərəfdaşlarla etibarlı münasibətlər və alternativ bazarlara çıxış imkanlarıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi enerji layihələri bu baxımdan ölkənin resurs üstünlüyünü daha geniş geoiqtisadi üstünlüyə çevirmək imkanlarını artırıb", - deyə o bildirib.

R.Muradovun sözlərinə görə, enerji amilinin siyasi çəkisi də məhz bu qarşılıqlı asılılıqdan formalaşır. Azərbaycan üçün əsas məsələ enerjidən təzyiq vasitəsi kimi istifadə etmək deyil, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq sistemi yaratmaqdır.

"Azərbaycanla enerji əməkdaşlığı tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin bir hissəsinə çevrildikcə qarşılıqlı iqtisadi maraqlar dərinləşir. Bu isə enerji diplomatiyasının daha dayanıqlı modelini formalaşdırır. Belə model Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir, yeni əməkdaşlıq platformaları yaradır və ölkənin regional proseslərdə rolunu artırır", - deputat qeyd edib.

O bildirib ki, enerji ixracının iqtisadi əhəmiyyəti də yalnız valyuta gəlirlərinin formalaşması ilə ölçülməməlidir. Enerji gəlirləri infrastrukturun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyalar və gələcək nəsillər üçün maliyyə ehtiyatlarının yaradılması baxımından da əhəmiyyətlidir.

"Digər tərəfdən, enerji ixracatçısı üçün əsas uzunmüddətli çağırışlar da mövcuddur. Dünya enerji qiymətlərinin dəyişkənliyi və qlobal enerji keçidi karbohidrogenlərdən əldə olunan gəlirlərin gələcəkdə iqtisadi artımın yeganə dayağı kimi nəzərdən keçirilməsini məhdudlaşdırır. Buna görə enerji üstünlüyünün dayanıqlı iqtisadi üstünlüyə çevrilməsi üçün əldə olunan gəlirlərin yeni istehsal sahələrinə, qeyri-neft sektoruna, texnologiyalara və ixrac potensialına yönəldilməsi vacibdir", - R.Muradov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yeni enerji strategiyasının digər mühüm xüsusiyyəti ənənəvi enerji ilə bərpaolunan enerjinin bir-birinə alternativ kimi deyil, vahid sistemin komponentləri kimi inkişaf etdirilməsidir.

"Azərbaycan enerji keçidinə yalnız karbohidrogen ixracatçısı kimi daxil olmur. Ölkə eyni zamanda Xəzərin külək potensialından istifadə etməyə, günəş və külək enerjisi layihələrini genişləndirməyə, elektrik şəbəkələrini modernləşdirməyə və regional yaşıl enerji dəhlizləri yaratmağa çalışır. 2032-ci ilədək təxminən 8 QVt bərpaolunan enerji gücünün yaradılması planı bu strategiyanın miqyasını göstərir", - deyə deputat vurğulayıb.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması üzərində də işləyir. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə ümumi ötürmə gücünün 4 QVt olması nəzərdə tutulur. Bundan başqa, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə də işlər davam etdirilir.

Bu proses Azərbaycanın enerji sistemində rolunun tədricən dəyişməsinə səbəb olur. Əvvəlki mərhələdə ölkənin əsas funksiyası Xəzər hövzəsində hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması idisə, yeni mərhələdə enerji istehsalı, emalı, tranziti, elektrik enerjisi ixracı və regional bağlantıların inkişafı paralel istiqamətlərə çevrilir.

"Bu gün Azərbaycanın enerji xəritəsində neft və qazla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, enerji saxlanc sistemləri, regional interkonnektorlar və yaşıl enerji dəhlizləri də mühüm yer tutur. Beləliklə, ölkənin enerji siyasəti təkcə ixrac modelindən regional enerji əlaqələndiricisi modelinə doğru transformasiya olunur", - R.Muradov bildirib.

Onun fikrincə, Azərbaycan üçün növbəti mərhələnin əsas vəzifəsi mövcud enerji üstünlüklərini daha geniş və dayanıqlı iqtisadi imkanlara çevirməkdir.

"Karbohidrogen ehtiyatları, yeni qaz layihələri, mövcud enerji infrastrukturu, bərpaolunan enerji, elektrik bağlantıları, tranzit imkanları və iqtisadi şaxələndirmə vahid strategiya çərçivəsində inkişaf etdirilərsə, Azərbaycanın enerji sahəsində əldə etdiyi üstünlük daha uzunmüddətli xarakter daşıya bilər. Bu halda enerji Azərbaycan üçün yalnız ixrac məhsulu və gəlir mənbəyi funksiyası daşımayacaq, iqtisadi inkişafı, beynəlxalq tərəfdaşlıqları və regional enerji təhlükəsizliyini dəstəkləyən strateji kapital rolunu oynayacaq", - deputat əlavə edib.

Paylaş

Xəbər lenti

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Bu gün, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Bu gün, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Bu gün, 18:48 Rafinya Mbappeni geridə qoydu Bu gün, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Bu gün, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Bu gün, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Bu gün, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Bu gün, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Bu gün, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Bu gün, 17:48 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq? Bu gün, 17:48 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb Bu gün, 16:48 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi Bu gün, 16:48 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub Bu gün, 16:48 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Bu gün, 16:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılır Bu gün, 16:48 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi Bu gün, 16:48 Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub Bu gün, 16:48 İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı Bu gün, 16:48 "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 16:48 ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb Bu gün, 15:48 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib Bu gün, 15:48 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı Bu gün, 15:48 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Bu gün, 15:48 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır" Bu gün, 15:48 Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır" Bu gün, 15:48 46 yaşlı aktyor təyyarə qəzasında öldü Bu gün, 15:48 Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir? Bu gün, 14:48 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir" Bu gün, 14:48 Bakıda bir neçə yolda sürət həddi endirildi Bu gün, 14:48 Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY Bu gün, 14:48 ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür Bu gün, 14:48 Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi Bu gün, 14:48 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu Bu gün, 14:48 İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Bu gün, 13:48 Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib Bu gün, 13:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı Bu gün, 13:48 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Bu tarixdə Bu gün, 13:48 FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48 ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib Bu gün, 11:48 Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR