Bu gün, 19:48 69

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

Azərbaycanda unlu qənnadı məmulatlarının idxalı 18.2 faiz artıb. Ekspertlər artımın yalnız tələbin yüksəlməsi ilə bağlı olmadığını bildirirlər.

Unlu qənnadı məmulatlarının idxalı artır. 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə 138.3 milyon dollar dəyərində unlu qənnadı məmulatları gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz çoxdur. 2025-ci ilin ilk yeddi ayında isə bu məhsulların idxalına 116.9 milyon dollar xərclənmişdi. İdxalın artması bazarda xarici şirniyyata tələbin yüksəldiyini göstərir.

Bəs Azərbaycanda istehlakçıların xarici şirniyyatlara marağı niyə artır?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Həm bahalaşma, həm də daxili tələb

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, şirniyyat idxalının 18.2 faiz artmasını yalnız əhalinin xarici məhsullara marağının yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada iki əsas amil - qiymət effekti və daxili tələbin artması paralel şəkildə təsir göstərir:

"Dünya bazarında son illərdə kakao, şəkər və digər qənnadı xammalının qiymətlərində ciddi dalğalanmalar baş verib. Xüsusilə kakaonun bahalaşması şokolad və digər kakao tərkibli məhsulların idxal dəyərinin artmasına təsir edib. Bu səbəbdən idxalın dəyərinin 18.2 faiz yüksəlməsi heç də məhsul həcminin eyni nisbətdə artdığı anlamına gəlmir. Artımın müəyyən hissəsi daha çox şirniyyat alınmasından deyil, eyni məhsula daha yüksək qiymət ödənilməsindən qaynaqlana bilər. Digər tərəfdən, daxili tələbin də gücləndiyini göstərən əlamətlər var. İstehlak qiymətlərinin artmasına baxmayaraq, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi və əhalinin nominal gəlirlərinin artması istehlak imkanlarının genişləndiyini göstərir. Şirniyyat gündəlik tələbat məhsulu olmaqla yanaşı, gəlirlər artdıqca istehlakçının daha keyfiyyətli, tanınmış və nisbətən bahalı məhsullara keçə bildiyi kateqoriyadır".

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

Bazarda struktur dəyişikliyi

A.Nəsirli bildirdi ki, xarici şirniyyatlara marağın artmasının digər səbəbi bazarın strukturunun dəyişməsidir:

"Supermarket şəbəkələrinin genişlənməsi, iri distribütorların daha çox xarici marka gətirməsi və müxtəlif qiymət seqmentlərinin formalaşması əvvəllər az tapılan məhsulları istehlakçı üçün daha əlçatan edib. Sosial media və rəqəmsal reklam da bu prosesi sürətləndirir. Xüsusilə gənclər arasında məhsulun yalnız dadı deyil, brendi, qablaşdırması, mənşə ölkəsi və sosial şəbəkələrdə populyarlığı da seçimə təsir edən amilə çevrilib. Beləliklə, şirniyyat bazarında artıq yalnız qiymət və məhsulun miqdarı deyil, brend, keyfiyyət, təqdimat və istehlakçı təcrübəsi də rəqabətin mühüm elementləridir".

"Yerli istehsal idxalı əvəz etmək imkanına malikdir"

İqtisadçının fikrincə, Azərbaycanda yerli qənnadı sənayesinin potensialını da kiçiltmək olmaz. Ölkədə peçenye, vafli, keks, çörək-bulka və müxtəlif şəkərli qənnadı məhsulları istehsal edən müəssisələr fəaliyyət göstərir: "Bu məhsulların bir hissəsində yerli istehsal idxalı əvəz etmək imkanına malikdir. Xüsusilə kütləvi istehlak seqmentində bu potensial kifayət qədər böyükdür. Problem daha çox bazarın yüksək gəlirli və premium hissəsində özünü göstərir. Yüksək keyfiyyətli şokolad, xüsusi konditer məhsulları, hədiyyəlik çeşidlər və tanınmış beynəlxalq brendlərlə rəqabət aparan məhsulların istehsalında yerli şirkətlərin imkanları hələ məhduddur. Bunun əsas səbəblərindən biri xammaldan asılılıqdır. Qənnadı sənayesində istifadə olunan kakaonun, müəyyən növ yağların, xüsusi un və əlavələrin, eləcə də keyfiyyətli qablaşdırma materiallarının mühüm hissəsi xaricdən alınır. Nəticədə yerli istehsalçı xarici məhsulla rəqabət apararkən özü də dünya bazarındakı qiymət dəyişikliklərindən təsirlənir".

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

A.Nəsirli vurğuladı ki, digər mühüm məsələ istehsal miqyasının kiçik olmasıdır:

"Böyük beynəlxalq şirkətlər milyonlarla məhsul istehsal etdikləri üçün xammal alışından tutmuş logistika və qablaşdırmayadək miqyas üstünlüyü əldə edirlər. Azərbaycandakı kiçik və orta istehsalçıların isə belə imkanları məhduddur. Bununla yanaşı, marketinq xərcləri və brend tanınması da yerli istehsalçıların rəqabət imkanlarını məhdudlaşdırır. İstehlakçı üçün tanınmış xarici marka çox vaxt keyfiyyət göstəricisi kimi qəbul edilir. Bu yanaşma hər zaman obyektiv olmasa da, bazarda xarici məhsullara real kommersiya üstünlüyü yaradır".

"Azərbaycanın yerli xammal üstünlüyü var"

İqtisadçı Asif İbrahimlinin sözlərinə görə, idxalın bu qədər yüksək olması yerli qənnadı sənayesinin rəqabət qabiliyyətinin yetərli olmadığını göstərir:

"Azərbaycanda illərdir yerli istehsalın inkişafı üçün güzəştli kreditlər, investisiya təşviqləri tətbiq olunur. Buna baxmayaraq, qida məhsullarının idxalında artım müşahidə edilir. Bu, dövlət dəstəyinin yalnız maliyyələşdirmə ilə məhdudlaşmasının kifayət etmədiyini göstərir. İstehsalçıya avadanlıq almaq üçün vəsait verməklə yanaşı, onun məhsulunun maya dəyəri, sertifikatlaşdırılması, qablaşdırılması, satış şəbəkələrinə çıxışı və ixrac imkanları da nəzərə alınmalıdır. Qənnadı sənayesində Azərbaycanın yerli xammal üstünlüyü var. Fındıq, qoz, meyvə, quru meyvə və bal kimi məhsullar istehsalda istifadə oluna bilər. Lakin xammalın emalı və brendləşdirilməsi xaricdə aparıldıqda əsas əlavə dəyər də həmin ölkələrdə yaranır".

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

Kiçik istehsal, zəif reklam

A.İbrahimlinin fikrincə, yerli istehsalçıların əsas problemlərindən biri də istehsal miqyasının kiçik olmasıdır:

"Digər problem satış və distribusiya imkanlarıdır. Xarici brendlər böyük distribütorlar və pərakəndə şəbəkələri ilə işləyir, reklam və marketinqə daha çox vəsait ayırırlar. Yerli istehsalçının məhsulu keyfiyyətli olsa belə, marketlərdə rəf, reklam və satış kanallarına çıxış imkanları məhdud olduqda onun bazar payını artırması çətinləşir".

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?

İqtisadçı bildirdi ki, dövlət siyasətində əsas diqqət yerli istehsalçının rəqabət qabiliyyətinə yönəlməlidir. Yerli xammalın hazır məhsula çevrilməsi də ayrıca prioritet olmalıdır. Yerli şirkətlər Gürcüstan, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxış əldə edə bilsələr, istehsal həcmini artırmaq və məhsulun maya dəyərini aşağı salmaq imkanları genişlənər.

Paylaş

Xəbər lenti

Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Bu gün, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Bu gün, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Bu gün, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Bu gün, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Bu gün, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Bu gün, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Bu gün, 18:48 Rafinya Mbappeni geridə qoydu Bu gün, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Bu gün, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Bu gün, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Bu gün, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Bu gün, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Bu gün, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Bu gün, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Bu gün, 17:48 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq? Bu gün, 17:48 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb Bu gün, 16:48 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi Bu gün, 16:48 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub Bu gün, 16:48 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Bu gün, 16:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılır Bu gün, 16:48 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi Bu gün, 16:48 Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub Bu gün, 16:48 İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı Bu gün, 16:48 "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 16:48 ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb Bu gün, 15:48 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib Bu gün, 15:48 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı Bu gün, 15:48 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Bu gün, 15:48 Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır" Bu gün, 15:48 Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır" Bu gün, 15:48 46 yaşlı aktyor təyyarə qəzasında öldü Bu gün, 15:48 Rusiya kəşfiyyatı Bakıda doğulmuş erməni dünya çempionunu öldürmək istəyir? Bu gün, 14:48 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir" Bu gün, 14:48 Bakıda bir neçə yolda sürət həddi endirildi Bu gün, 14:48 Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY Bu gün, 14:48 ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür Bu gün, 14:48 Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi Bu gün, 14:48 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu Bu gün, 14:48 İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY Bu gün, 13:48 Məşhur psixoterapevt Anatoli Kaşpirovski vəfat edib Bu gün, 13:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Yol tam bağlandı Bu gün, 13:48 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Bu tarixdə Bu gün, 13:48 FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180, Talışa isə 20 ailə köçürülüb Bu gün, 12:48 Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? Bu gün, 12:48 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR