Bu gün, 20:48 100

Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?

Azərbaycanda kolbasa istehsalı artır. Ətin bahalaşması fonunda bu artım xüsusilə diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 19 min 601 ton kolbasa məmulatı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.4 faiz çoxdur. Üstəlik, avqustun 1-nə hazır məhsul ehtiyatlarının 25.23 faiz azalması bazarda istehsal olunan məhsula tələbin də artdığını göstərir. Bəs kolbasaya tələbatın artması nə ilə əlaqədar ola bilər? İstehlakçı daha münasib qiymətli məhsula yönəlib, yoxsa yerli istehsal idxalı sıxışdırmağa başlayıb?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Kolbasa məhsullarının tərkibi yalnız ətdən ibarət deyil"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa və kolbasa məhsullarının qiymətində artım müşahidə olunsa da, istehlakçı davranışında da müəyyən dəyişikliklər baş verib: "Eyni zamanda, qlobal bazarda inflyasiya tempinin yüksəlməsi idxal olunan məhsulların qiymətlərinə də təsir göstərib. İlk növbədə istehlakçı davranışındakı dəyişikliyə və artan ət qiymətlərinə diqqət yetirmək lazımdır. Ətin qiymətinin mütəmadi artması nəzəri olaraq kolbasa və kolbasa məhsullarının qiymətinə də təsir göstərməlidir. Hazırda sümüksüz ətin qiyməti 20 manatdan yuxarı olduğu halda, kolbasa məhsullarının qiyməti təxminən 8-12 manat arasında dəyişir. Amma nəzərə almaq lazımdır ki, kolbasa məhsullarının tərkibi yalnız ətdən ibarət deyil. Onların istehsalında quş əti və digər komponentlərdən də istifadə olunur".

Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?

"İstehsal yalnız yerli xammalla məhdudlaşmır"

G.Hüseynovanın fikrincə, istehlakçı davranışına təsir edən digər amil kolbasa, sardelka, sosis və digər məhsulların hazırlanmasının daha rahat olmasıdır. Bu məhsulların istifadəsi istehlakçıya vaxt qazandırır: "Bundan əlavə, idxal və yerli məhsulların qiymətlərini müqayisə etdikdə aralarında ciddi fərq olduğu görünür. Bu da təbii olaraq yerli istehsala tələbin artmasına şərait yaradır. İstehlakçıların bu məhsullara tələbatı xüsusilə yaz və yay aylarında arta bilər. Ət qıtlığı və qiymət artımı şəraitində kolbasa istehsalı yalnız yerli xammalla məhdudlaşmır. Digər ölkələrdən diri heyvan və ya kəsilmiş ət formasında idxal həyata keçirilir".

Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?

"İstehsalın artması istehlakçı tələbi ilə əlaqədardır"

İqtisadçı bildirdi ki, yerli istehsalın artmasında idxal məhsulları ilə qiymət fərqi də rol oynayır: "Alıcı daha münasib qiymətli məhsula yönəlir və bu da həmin məhsulun istehsal həcminin artmasına şərait yaradır. Əgər yerli məhsul alıcının tələbinə, məmnuniyyətinə və büdcəsinə uyğundursa, bu, idxalın azalmasına təsir göstərə bilər. 2026-cı ilin yanvar-iyul aylarının statistik göstəricilərinə əsasən, idxal da, anbarlarda məhsul ehtiyatı da azalıb, istehsal isə artıb. Bu da istehlakçı davranışının dəyişdiyini və tələbin yüksəldiyini göstərir. Bununla belə, məhsul istehsalının artmasını sırf idxalın azalması ilə əlaqələndirmək olmaz. Əgər vitrindəki məhsulun qiyməti alıcının büdcəsinə uyğun deyilsə, sahibkar da xaricdən idxalı azalda bilər. Kolbasa və kolbasa məhsulları xüsusi saxlanma şəraiti tələb edir və tez xarab olur. Bu səbəbdən belə məhsullar uzun müddət vitrində saxlanıla bilməz. Əgər alıcının tələbi yerli məhsula deyil, idxal məhsuluna yönəlsəydi, yerli istehsalın azalması ehtimalı yüksək olardı".

Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?

"Dondurulmuş və idxal olunan ətlərdən istifadə olunur"

Sənaye mühəndisi Sayat Quliyeva isə bildirdi ki, Azərbaycanda kolbasa istehsalının artması ilk növbədə bazarın tələbinə uyğun məhsul çeşidlərinin genişləndirilməsi və emal proseslərinin optimallaşdırılması ilə əlaqələndirilməlidir: "Burada mövsümi amillərin də rolu var. Ət xammalının bahalaşması istehsal həcminin artırılması üçün mütləq maneə deyil. Müəssisələr xammal tədarükünü optimallaşdırmaq, resepturanı düzgün balanslaşdırmaq, istehsal itkilərini azaltmaq və avadanlıqların məhsuldarlığından daha səmərəli istifadə etməklə xərcləri kompensasiya edə bilərlər. Burada əsas məqsəd daha çox məhsul istehsal etməkdən çox, hər kiloqram məhsul üzrə maya dəyərinə və marjaya nəzarət etməkdir. Hazırda 20-22 manat qiymətində olan ətlər kolbasa istehsalında istifadə edilmir. İstehsalda əsasən dondurulmuş və idxal olunan ətlərdən istifadə olunur ki, bu da xammal qiymətlərinin kəskin artmasının qarşısını müəyyən qədər alır".

S.Quliyevanın qənaətincə, ümumilikdə ət istehsalındakı vəziyyət kolbasa sektoruna birbaşa təsir edir: "Xammalın təklifi və qiyməti dəyişdikcə istehsalçının maya dəyəri, tədarük strategiyası və istehsal planlaması da dəyişir. Ət xammalında çatışmazlıq isə maya dəyərinə təzyiq yaradır. Belə vəziyyətdə istehsalçı keyfiyyəti qorumaqla məhdud resurslardan maksimum məhsuldarlıq əldə etməyə çalışır. İşçi sayının optimallaşdırılması, qablaşdırma və digər əlavə xərclərin azaldılması kimi tədbirlər görülə bilər. Lakin resepturaya həddindən artıq müdaxilə məhsulun keyfiyyətinin və qida təhlükəsizliyinin pisləşməsinə səbəb olur".

Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?

"Optimallaşdırılma xammal xərclərini də azaldır"

Onun fikrincə, xammalın strukturunun dəyişməsi də istehsal həcminə təsir göstərir: "Ətin yağ və zülal nisbəti düzgün balanslaşdırıldıqda məhsulun su bağlama qabiliyyəti və emulsiya stabilliyi artır. Bu, termiki emal zamanı itkiləri azaldır, hazır məhsulun çıxımını yüksəldir və eyni miqdarda xammaldan daha çox məhsul əldə etməyə imkan verir. Düzgün yağ-zülal balansı və istehsal prosesinin optimal şəraitdə aparılması məhsul çıxımını artırır, nəticədə 1 kiloqram hazır məhsula düşən xammal sərfi azalır. Bununla belə, optimallaşdırma məhsulun keyfiyyəti və qida təhlükəsizliyi tələblərinə uyğun aparılmalıdır".Ş

Paylaş

Xəbər lenti

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 20:48 "Mançester Yunayted"dən növbəti oyunda heç-heçə Bu gün, 20:48 Kimi Antonelli İtaliya Qran-Prisini qazandı Bu gün, 20:48 Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər? Bu gün, 20:48 Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar Bu gün, 20:48 "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi Bu gün, 20:48 İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Bu gün, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Bu gün, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Bu gün, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Bu gün, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Bu gün, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Bu gün, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Bu gün, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Bu gün, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Bu gün, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Bu gün, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Bu gün, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Bu gün, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Bu gün, 16:48 Sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq Bu gün, 16:48 Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Bu gün, 16:48 Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı Bu gün, 16:48 Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 16:48 Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Bu gün, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Bu gün, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Bu gün, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Bu gün, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Bu gün, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Bu gün, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Bu gün, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Bu gün, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Bu gün, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Bu gün, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Bu gün, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Bu gün, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Bu gün, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Bu gün, 12:48 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır Bu gün, 12:48 Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var Bu gün, 12:48 Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq Bu gün, 12:48 Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48 Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib Bu gün, 11:48 FAKTİKİ HAVA: Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb Bu gün, 11:48 Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb? Bu gün, 11:48 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı Bu gün, 11:48 Tanınmış aktrisanın yeni serialı bəlli oldu Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR