
"OPEC+" çərçivəsində yeddi ölkə sentyabr ayı üçün müəyyənləşdirilən neft hasilatı kvotalarının müddətini oktyabra qədər uzatmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, qərar Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman tərəfindən qəbul edilib.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı sutkada maksimum 10,478 milyon, Rusiya 9,949 milyon barel neft hasil edə biləcək. Digər ölkələr üçün limitlər İraqda 4,431 milyon, Küveytdə 2,676 milyon, Qazaxıstanda 1,628 milyon, Əlcəzairdə 1,007 milyon, Omanda isə 841 min barel müəyyənləşdirilib.
Ölkələr razılaşmanın tam icrasına sadiq olduqlarını təsdiqləyiblər.
Növbəti görüşün oktyabrın 4-də keçirilməsi planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.