
İranın İqtisadiyyat Nazirliyinin nəzdində müharibə şəraitinin yaratdığı iqtisadi problemlərin operativ həlli üçün yeni qərargah yaradılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə İran iqtisadiyyat nazirinin müavini Murtəza Zəmanian məlumat verib.
Onun sözlərinə görə, "İqtisadi Müharibə Qərargahı" yaranan çətinliklərin çevik şəkildə aradan qaldırılması və aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədi daşıyır.
Zəmanian qeyd edib ki, yeni mexanizm problemlərin həlli zamanı bürokratik gecikmələrin qarşısını almağa imkan verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.