
Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Sumqayıt" komandasını qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqləniblər. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskes vurub.
Bu turdan sonra xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu - 12-ci sırada qalıblar.© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.