
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ev muzeyində cari təmir işləri aparılacaq.
AVESTA.AZ-in məlumatına görə, tikinti işlərini "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən həyata keçiriləcək.
Təmir çərçivəsində muzeyin yararsız vəziyyətdə olan dam örtüyünün, su axıdıcı sistemlərinin və bəzi üzlük materiallarının sökülməsi nəzərdə tutulur.
Aparılacaq cari təmir işlərinin muzeyin fiziki vəziyyətinin yaxşılaşdırılmasına, ziyarətçilər üçün daha təhlükəsiz və baxımlı şərait yaradılmasına xidmət edəcəyi gözlənilir. Şəhid Mübariz İbrahimovun adını daşıyan muzeyin qorunub saxlanılması onun həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.