
Azərbaycan konkurçusu Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə ikinci yeri tutub.
Bu barədə AVESTA.AZ-ə Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.
O, hündürlüyü 135 santimetr olan maneələrin dəf edilməsində 39 idmançı arasında 59,90 saniyə nəticə və 0 cərimə balı ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Patrik Makenti 6-8 yaşlı atların 130 santimetr hündürlüklü maneələri dəf etmə yarışında isə 28 iştirakçı arasında marşrutu cərimə balı olmadan 69,16 saniyəyə qət edərək 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, idmançını sentyabrın 16-20-də Belçikanın Lanaken şəhərində təşkil olunacaq gənc atlar arasında konkur üzrə dünya çempionatı gözləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.