Bu gün, 13:48 85

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.

AVESTA.AZ xəbər verir ki, ilk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.

Qeyd edək ki, 2025-ci ilin avqust ayından yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılan geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.

İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addımdır.

"AzerGold" QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə "GroundProbe SSR-OMNI" yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.

Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.

Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.

Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.

İndiki mərhələdə Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.

Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.

Paylaş

Xəbər lenti

Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Bu gün, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Bu gün, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Bu gün, 16:48 Qubada kanaldan meyit tapılıb Bu gün, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Bu gün, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Bu gün, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Bu gün, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Bu gün, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Bu gün, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Bu gün, 15:48 Ana 22 ildir yetişdirdiyi oğlunu Avropa çempionatına hazırlayır Bu gün, 15:48 Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb Bu gün, 15:48 Bakıda məhkuma aid silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü Bu gün, 15:48 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər Bu gün, 14:48 SOCAR dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək Bu gün, 14:48 İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM Bu gün, 14:48 Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 14:48 Elnur Soltanov: "Azərbaycanda BOEM-in payı gələn ilin sonunadək 34 %-ə çatacaq" Bu gün, 14:48 AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatıb Bu gün, 14:48 Elvin Məmmədzadəyə yeni vəzifə verildi Bu gün, 14:48 Yalçın Rəfiyev: Ölkələr iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməlidirlər Bu gün, 14:48 Enerji effektivliyi pasportu olan binaların tikintisinə icazə veriləcək Bu gün, 14:48 Bolt for Business Baku Film & Comic Con-a dəstək verir Bu gün, 13:48 "Qarabağ"ın zədəli futbolçularının son vəziyyəti necədir? Bu gün, 13:48 SOCAR: Səngəçal terminalında 7 kompressor istismardan çıxarılacaq Bu gün, 13:48 Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşdı - ANBAAN VİDEO Bu gün, 13:48 Almaniyada AfD seçkidə tarixi nəticə göstərdi Bu gün, 13:48 İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edilib Bu gün, 13:48 "AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib Bu gün, 13:48 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ Bu gün, 13:48 Ağstafada toyda dava, 48 yaşlı kişi bıçaqlandı Bu gün, 12:48 Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir Bu gün, 12:48 Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib Bu gün, 12:48 Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək Bu gün, 12:48 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR Bu gün, 12:48 Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir Bu gün, 12:48 Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI Bu gün, 12:48 "Game of Thrones" və "Stranger Things" ulduzu Bakıya gəlir Bu gün, 12:48 Françesko La Kamera: "Azərbaycanın təmiz enerjini, infrastrukturu və bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanı var" Bu gün, 12:48 Muxtar Babayev: "Dünya üzrə elektrikləşdirmənin 35 %-ə çatdırılması təklif edilir" Bu gün, 12:48 Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı Bu gün, 11:48 Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək Bu gün, 11:48 Dini mərasim zamanı partlayışda 10 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanla İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib Bu gün, 11:48 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR