
Türkiyənin Ankara şəhərində kikboksinq məşqçisi Nazmiye Kaya 5 yaşından etibarən məşq etdirdiyi oğlu Onur Kayanı 22 ildir idmana hazırlayır.
BAKU.WS xəbər verir ki, 27 yaşlı Onur Kaya müxtəlif döyüş idmanlarında Türkiyə və dünya səviyyəsində uğurlar qazanıb. O, 2025-ci ildə Savate üzrə Türkiyə çempionu, dünya üçüncüsü olub, 2026-cı ildə isə kikboksinq üzrə Türkiyə çempionatında nəticə əldə edib.
59 yaşlı Nazmiye Kaya 1986-cı ildə atletika ilə idmana başlayıb. Daha sonra karate, kikboksinq, muay tay və uşu üzrə məşqçi və hakim kimi fəaliyyət göstərib. O, hazırda öz idman zalında həm oğlunu, həm də digər idmançıları hazırlayır.
Onur Kaya 150-dən çox yarışda iştirak etdiyini və bir o qədər də medal qazandığını bildirib. O, əldə etdiyi uğurlarda ailəsinin və anasının böyük rolunun olduğunu vurğulayıb.
Onur Kaya sentyabrın 24-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında Savate üzrə qızıl medal qazanmağı hədəfləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.