
Ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməsi vacibdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) deyib.
Onun sözlərinə görə, Paris Sazişinin gücü və uğuru yalnız Azərbaycanın verdiyi vədlərdə qalmayacaq, bu proses daha da irəli aparılacaq:
"COP29 şəffaflığı prioritet məsələlərdən biri kimi müəyyənləşdirib və tərəfləri ilk ikiillik şəffaflıq hesabatlarını təqdim etməyə təşviq edib. Bizim bu istiqamətdə fəaliyyətimiz COP29-la başa çatmayıb. Bakı Qlobal İqlim Şəffaflığı Platforması vasitəsilə bizdən sonra gələn sədrliyə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə İTF prosesi və ikinci ikiillik şəffaflıq hesabatlarının hazırlanması istiqamətində dəstək veririk. Əsas məsələ verdiyimiz vədləri reallığa çevirdiyimizi göstərə bilməyimizdir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.