Bu gün, 16:48 80

Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR

Şəmkirçay su anbarında suyun daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılması ilə yanaşı, qərb bölgəsində yaşayan əhalinin içməli su təchizatını da təmin edir.

ADSEA-dan BAKU.WS-ə bildirilib ki, su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir. Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.

Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur. Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib.

Sutəmizləyici Qurğular Kompleksinin rəisi Namiq Məmmədov bildirib ki, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan su qurğuda layihələndirilmiş 7 ədəd qum süzgəcindən keçir: "Qum süzgəcinin daxili də kvars qumundan və fraksiyalardan ibarətdir. Hər bir süzgəcin süzmə qabiliyyəti saatda 800 kubmetrdir. Ümumi gücü isə saatda 5600 kubmetrdir. Emal olunan su qum süzgəcindən və təkrar zərərsizləşmədən keçərək anbarlara toplanır və tələbatçılara verilir. Süzgəclərdə 72 saatdan bir geriyuma prosesi aparılır. Proses SCADA sistemi vasitəsilə avtomatik idarə olunur. Suyun təhlükəsizliyinin təmin olunması məqsədilə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada 4 ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur".

Namiq Məmmədov SCADA sistemi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sistem vasitəsilə geriyuma prosesinə, suyun texniki parametrlərinə və eləcə də qurğunun ən əsas vacib olan enerji sisteminə nəzarət olunur: "Enerji sistemi də avtomatik sistemdir".

Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olaraq yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb.

Şəmkirçay sutəmizləyici qurğusunda emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün isə Gəncə su anbarından şəhərə 10 kilometr magistral su kəməri inşa edilib. Bu kəmərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 17,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub.

Paylaş

Xəbər lenti

Şamaxı və Şahdağa dolu düşüb Bu gün, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Bu gün, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Bu gün, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Bu gün, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Bu gün, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Bu gün, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Bu gün, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Bu gün, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Bu gün, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Bu gün, 16:48 Qubada kanaldan meyit tapılıb Bu gün, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Bu gün, 16:48 Güclü külək Bakıda ağacın budağını qopardı Bu gün, 16:48 Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib Bu gün, 16:48 Respublika Süni Mayalanma Mərkəzinə direktor təyin olunub Bu gün, 16:48 Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır Bu gün, 15:48 Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi Bu gün, 15:48 İlham Mirzəyevin vəziyyəti ağırdır Bu gün, 15:48 Ana 22 ildir yetişdirdiyi oğlunu Avropa çempionatına hazırlayır Bu gün, 15:48 Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb Bu gün, 15:48 Bakıda məhkuma aid silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü Bu gün, 15:48 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər Bu gün, 14:48 SOCAR dəniz qurğularında qaz turbinlərini elektrik kompressorları ilə əvəz edəcək Bu gün, 14:48 İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM Bu gün, 14:48 Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 14:48 Elnur Soltanov: "Azərbaycanda BOEM-in payı gələn ilin sonunadək 34 %-ə çatacaq" Bu gün, 14:48 AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatıb Bu gün, 14:48 Elvin Məmmədzadəyə yeni vəzifə verildi Bu gün, 14:48 Yalçın Rəfiyev: Ölkələr iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməlidirlər Bu gün, 14:48 Enerji effektivliyi pasportu olan binaların tikintisinə icazə veriləcək Bu gün, 14:48 Bolt for Business Baku Film & Comic Con-a dəstək verir Bu gün, 13:48 "Qarabağ"ın zədəli futbolçularının son vəziyyəti necədir? Bu gün, 13:48 SOCAR: Səngəçal terminalında 7 kompressor istismardan çıxarılacaq Bu gün, 13:48 Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşdı - ANBAAN VİDEO Bu gün, 13:48 Almaniyada AfD seçkidə tarixi nəticə göstərdi Bu gün, 13:48 İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edilib Bu gün, 13:48 "AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib Bu gün, 13:48 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ Bu gün, 13:48 Ağstafada toyda dava, 48 yaşlı kişi bıçaqlandı Bu gün, 12:48 Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir Bu gün, 12:48 Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib Bu gün, 12:48 Muxtar Babayev: İqlim həftəsi iqtisadiyyatın da dəyişməsinə təkan verəcək Bu gün, 12:48 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR Bu gün, 12:48 Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir Bu gün, 12:48 Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI Bu gün, 12:48 "Game of Thrones" və "Stranger Things" ulduzu Bakıya gəlir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR