5-04-2026, 14:48 242

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

Azərbaycanda tütün sənayesində son aylarda diqqətçəkən dinamika müşahidə olunur. Rəsmi statistika ölkədə siqaret istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Sənaye müəssisələrinin anbarlarında 1 milyard 190 milyon ədəd hazır məhsul ehtiyatının formalaşması da diqqət çəkir.

Bu statistika yerli istehsalın artmasının arxasında hansı amillərin dayandığı sualını gündəmə gətirir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

"Tütün fabriklərinə yeni investisiyalar qoyulub"

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, son dövrlərdə yerli siqaret istehsalında artım müşahidə olunur. Bu artımın arxasında bir neçə paralel amil dayanır: "Bu prosesə təsir edən əsas amillərdən biri regional bazarlarda yaranmış mürəkkəb vəziyyətdir. Xüsusilə Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa bazarlarında son illər logistika problemləri, geosiyasi gərginlik və sanksiyaların təsiri özünü göstərir. Bu amillər həmin bazarlarda istehsal və tədarük zəncirlərində müəyyən çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycan müəyyən mənada alternativ istehsal və təchizat mərkəzi kimi ön plana çıxmağa başlayıb. Ölkəmiz yaranmış vəziyyətdən iqtisadi baxımdan səmərəli şəkildə istifadə etməyə çalışır və bəzi hallarda bunu uğurla bacarır".

E.Kərimlinin fikrincə, son illərdə tütün sənayesində də müəyyən dəyişikliklər baş verib: "Bir sıra tütün fabriklərinə yeni investisiyalar qoyulub, istehsal sahələrində texnoloji modernizasiya həyata keçirilib. Müasir avadanlıqların tətbiqi istehsal prosesinin səmərəliliyini artırmaqla yanaşı, məhsulun maya dəyərinin də nisbətən aşağı səviyyədə saxlanmasına imkan yaradır. Bundan əlavə, Azərbaycanda siqaret qiymətlərinin bəzi ölkələrlə müqayisədə daha aşağı olması yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Bu isə ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Burada re-eksport amilini də xüsusi qeyd etmək lazımdır. Belə ki, bəzi hallarda tütün xammalı xaricdən idxal olunur, ölkə daxilində emal edilərək siqaret istehsal edilir və daha sonra üçüncü ölkələrin bazarlarına ixrac olunur. Bu model istehsalın və ixracın artmasına müəyyən töhfə verir".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

"Məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb"

İqtisadçı bildirdi ki, statistik göstəricilərə diqqət yetirdikdə ölkədə istehsal həcminin artmasının anbar ehtiyatlarının da yüksəlməsi ilə müşayiət olunduğu görünür: "Bu isə o deməkdir ki, istehsal olunan məhsulun bir hissəsi hələ bazara çıxarılmayıb və ya ixrac olunmayıb. Anbar qalıqlarının artması müəyyən mənada istehsalın idxalı əvəz etməsi ilə də bağlıdır. Başqa sözlə, daxili bazarda yerli istehsalın payı artdıqca xarici məhsulların bazardakı mövqeyi zəifləyir və idxalın payı azalır. Bu prosesə təsir edən digər amil aksiz siyasətidir. Son illərdə tütün və tütün məhsullarına tətbiq edilən aksiz vergilərində müəyyən dəyişikliklər baş verib. Eyni zamanda, bəzi hallarda tütün xammalının idxalı ilə bağlı tənzimləmələr də istehsal prosesinə təsir göstərir. Müxtəlif anti-tütün kampaniyalarının aparılması və bəzi hallarda siqaret qiymətlərinin artırılması kimi amillər də bazarın strukturuna təsir edən faktorlar sırasındadır".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

E.Kərimli qeyd etdi ki, hazırda regional bazarlarda mövcud olan problemlər, xüsusilə müharibələr, sanksiyalar və logistika çətinlikləri Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yaradır: "Lakin gələcəkdə bu amillərin aradan qalxması və ya zəifləməsi digər ölkələrin də istehsal və ixrac imkanlarını artırmasına səbəb ola bilər. Bundan əlavə, qlobal tendensiyalar göstərir ki, bir çox ölkədə tütün məhsullarının istehlakı tədricən azalır. Yekun olaraq demək olar ki, Azərbaycanda siqaret istehsalının artması daha çox daxili istehlakın genişlənməsi ilə deyil, istehsalın ixrac yönümlü transformasiyası ilə əlaqəlidir. Bu isə qeyri-neft sektorunun inkişafı baxımından müsbət nəticələr doğura bilər".

Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır

Alternativ kapital yatırımı

İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, istehsalın artması, əsasən, istehsalçıların seçdiyi strategiya ilə bağlıdır: "Aksiz vergilərində edilən dəyişikliklər, ixrac imkanlarının genişləndirilməsi, eləcə də müəssisələrin anbar ehtiyatlarını artırmaq siyasəti istehsala təsir edən əsas amillərdir. Bundan əlavə, alternativ sahələrdə yerləşdirilə biləcək kapitalın tütün məhsullarının istehsalına yönəldilməsi də bu prosesə təsir göstərir. Siqaret elə məhsul kateqoriyasına daxildir ki, onun qiymətinin tələbə təsiri nisbətən zəifdir. Yəni qiymətin artması və ya azalması istehlak səviyyəsinə ciddi təsir göstərmir. Eyni zamanda istehsalın artması da daxili bazarda məhsulun ucuzlaşmasına səbəb olmur. Bu xüsusiyyət siqaret bazarını digər istehlak məhsullarından müəyyən mənada fərqləndirir".

G.Hüseynovanın sözlərinə görə, idxalın bazardakı payının azalması da müşahidə edilir. Bu isə yerli istehsalın xarici məhsulları müəyyən qədər bazardan sıxışdırdığını göstərir. Başqa sözlə, daxili bazarda yerli məhsulların mövqeyi nisbətən güclənir: "İxrac yönümlü istehsal strategiyasına gəldikdə isə, bu artımın konkret olaraq müəyyən ölkələrin bazarına yönəlmiş istehsal siyasəti ilə əlaqəli olması ehtimal edilir".

Paylaş

Xəbər lenti

Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48 Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq Bu gün, 09:48 Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı Bu gün, 09:48 Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48 Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR