
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının VI turunda "Yagelloniya"ya qarşı keçirilən ev oyununda fərqlənib.
Hücumçu 23-cü dəqiqədə komandasını hesabda önə keçirib – 1:0. Lakin görüşün sonrakı gedişində "Yagelloniya" iki qol vuraraq hesabı öz xeyrinə dəyişib – 1:2.
Matç davam edir.
Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında beşinci qolu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.