Bu gün, 18:48 47

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu

"25 illik yubileyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünya siyasətində Qərb institutlarından kənarda formalaşan ən böyük siyasi məkanlardan birinin hansı istiqamətə getdiyini yenidən gündəmə gətirir.

Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat artıq yarandığı dövrün sərhəd təhlükəsizliyi platformasından daha böyük iqtisadi və siyasi gücə çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik və yeni maliyyə institutları ŞƏT-in gündəliyində getdikcə daha böyük yer tutur".

AVESTA.AZ xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir:

"Sentyabrın 1-də keçiriləcək sammitə təşkilatın üzvləri ilə yanaşı Azərbaycan, Türkiyə, Ermənistan, Monqolustan, Laos, Vyetnam və digər dövlətlərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri qatılır. ŞƏT artıq öz formal sərhədlərindən kənarda daha geniş tərəfdaşlıq coğrafiyası yaradır.

Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. 11 il əvvəl Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq siyasi imkanlarını genişləndirməyə çalışan dövlət idi.

İndi milli iradəsi və güclü ordusu ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Qələbəsinin legitimliyini qlobal məkanda möhkəmləndirir, sülh gündəliyi ilə yerləşdiyi regiona və dünyaya müharibədən çıxış modelini təqdim edir. Bakı artıq beynəlxalq təşkilatlara yalnız milli problemin həlli üçün siyasi dəstək axtaran paytaxt kimi getmir. Ölkəmizin siyasi çəkisinin artması, Cənubi Qafqazı Orta Asiya və Yaxın Şərqlə birləşdirməsi Azərbaycanı etibarlı tərəfdaşa və vacib regional vasitəçiyə çevirir.

ŞƏT qarşısında ölkəmizin üstünlüyü qlobal embarqoların genişləndiyi və ənənəvi təchizat zəncirlərinin qırıldığı dövrdə Bakının ötürücü körpü rolunun artmasıdır. Otuz il əvvəl dünyadan işğala qarşı siyasi qərar və hüquqi dəstək gözləyən dövlət indi təhlükəsizlik ixracatçısı kimi çıxış edir və beynəlxalq sülh platformalarında söz sahibi olur.

ŞƏT xəritəsində böyük Avrasiya coğrafiyasının Qərbə çıxışı üçün vacib arteriyalardan biri məhz Azərbaycandır.

Çindən və Mərkəzi Asiyadan çıxan yük Xəzəri keçərək Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir. Şimaldan gələn yol Azərbaycan üzərindən İrana, oradan Hind okeanı istiqamətinə uzanır".

Z. Oruc qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci ildə Tianjində keçirilən "ŞƏT Plus" toplantısında Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu xüsusi vurğulayaraq Orta Dəhlizlə 2022-ci ildən bəri ölkəmiz üzərindən yükdaşımaların təxminən 90 faiz artdığını bildirmişdi:

"Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub xətlərinin hər ikisinə böyük infrastruktur sərmayələri yatırır.

Dünya Bankının Orta Dəhlizlə bağlı araşdırmasına görə, 2030-cu ilə qədər yük dövriyyəsinin üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Bankın hesablamalarında Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin üç əsas dövləti kimi götürülür. Yolun ətrafında yeni istehsal, logistika, liman, enerji və sənaye infrastrukturu yaranır.

ŞƏT məkanının ən böyük üstünlüklərindən biri onun nəhəng coğrafiyasıdır. Əsas problemi isə dünya bazarları ilə yetərincə əlaqələnə bilməməsidir.

Mərkəzi Asiya dövlətlərinin dünya okeanına birbaşa çıxışı yoxdur. Çin Avropaya gedən marşrutlarını şaxələndirməyə çalışır. Rusiya sanksiyalardan sonra alternativ iqtisadi yollar axtarır. İran Şimal-Cənub dəhlizinin genişlənməsində maraqlıdır.

Azərbaycanın 1990-cı illərin məğlubiyyəti üzərində yaradılmış inhisarçı geosiyasi arxitekturanı dəyişməsi və regionu dünyaya açması Zəfərimizin coğrafiyasını genişləndirərək ona yeni strateji tərəfdaşlar qazandırır. Lakin istər ABŞ, istərsə də Çinlə münasibətlərində ölkəmiz heç bir dövlətin forpostuna çevrilmədən əməkdaşlıq, ticarət, mübadilə və qarşılıqlı fayda prinsipini qoruyur".

Deputatın sözlərinə görə, 2024-cü ildə Astana ŞƏT sammiti çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edildi. Cəmi doqquz ay sonra, 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi:

"Si Cinpinin 2025-ci ildə Tianjində İlham Əliyevə "əziz dostum" deyə müraciət etməsi iki lider arasındakı münasibətin protokol sərhədlərini aşdığını göstərirdi.

Azərbaycan son 30 ildə Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Ələt limanı və başqa layihələri dəyişən siyasi gündəmlərdən qoruyaraq uzunmüddətli dövlət strategiyasına çevirib.

Çin "Bir kəmər, bir yol" layihəsində məhz belə tərəfdaşlar axtarır.

Azərbaycan da təşəbbüsü ilk dəstəkləyən dövlətlərdən olub. Son illər Orta Dəhlizin əhəmiyyətinin artmasını Rusiya-Ukrayna müharibəsi ilə izah etmək geniş yayılıb. Lakin Bakı Şərq-Qərb infrastrukturu üzərində Ukrayna müharibəsindən çox əvvəl işləyirdi.

Əvvəlki onilliklərin investisiyaları indi yeni beynəlxalq şəraitdə strateji üstünlüyə çevrilir.

Rusiya üzərindən Şimal marşrutunun siyasi riskləri artıb. İran üzərindən yollar sanksiya və təhlükəsizlik problemləri ilə üzləşir. Süveyş istiqaməti daha uzun dəniz yoludur. Orta Dəhliz isə Çini Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır.

Azərbaycanın rəsmi nəqliyyat məlumatlarına görə, Çinlə Avropa arasındakı bu xətt təxminən 8-10 min kilometr təşkil edir və yüklərin 12-18 gün ərzində daşınmasına imkan verir.

Azərbaycanın ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə Qarabağ Zəfəridir.

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açır. Bakı-İrəvan sülhünün perspektivə çevrilməsi ilə Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Azərbaycan-Naxçıvan-Türkiyə istiqamətində əlavə çıxış qazanması Cənubi Qafqazın kommunikasiya xəritəsini köklü şəkildə dəyişə bilər.

Prezident Əliyevin Tianjində həmin bağlantını həm Orta Dəhlizin, həm də Şimal-Cənub xəttinin gələcək mühüm hissəsi adlandırması təsadüfi deyildi.

Qarabağ Zəfərinin regional iqtisadi nəticələri artıq görünür. Peşəkar beynəlxalq araşdırmalara görə, yaxın on ildə Orta Dəhliz boyunca üç Qafqaz ölkəsinin birlikdə ÜDM-i 35 faizə qədər arta, yeni iş yerlərinin sayı isə 2 milyona çata bilər.

Otuz il münaqişənin ayırdığı coğrafiya sülhdən sonra Avrasiyanı birləşdirən platformaya çevriləcək.

Ermənistan da barışdan qazanmaq fürsəti əldə edir. İrəvan ərazi iddiaları və blokada siyasətinin yaratdığı qapalı vəziyyətdən çıxaraq Azərbaycan və Türkiyə üzərindən daha böyük iqtisadi məkana çıxa bilər. Sülhün iqtisadi dayağı nə qədər güclü olarsa, yeni müharibələrin də qarşısı bir o qədər alınar.

Bakı ŞƏT-ə yeni iqtisadi-siyasi mərkəzin orbitinə daxil olmaq üçün getmir. Azərbaycan nə KTMT-yə qoşulub, nə Avrasiya İqtisadi İttifaqına, nə NATO üzvlüyünü dövlət strategiyasına çevirib, nə də Avropa İttifaqına daxil olmaq üçün müraciət edib.

Lakin onların hər biri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir.

Uzun illər Azərbaycanın xarici siyasəti haqqında sual belə qoyulub: Bakı Qərbə gedir, yoxsa Şərqə?

Coğrafiyası eyni zamanda Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya və Avropa məkanına açılan dövlət üçün belə seçim süni olardı.

Azərbaycanın üstünlüyü müxtəlif siyasi və iqtisadi mərkəzləri öz ərazisində birləşdirmək bacarığındadır.

Türkiyə Azərbaycanın hərbi və siyasi qardaşıdır. Çinlə hərtərəfli tərəfdaşlıq qurulub. Pakistanla münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Mərkəzi Asiya dövlətləri ilə Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi regiona çevrilir. Avropa Azərbaycan qazını alır və Orta Dəhlizin inkişafında maraqlıdır. Rusiya və İran Şimal-Cənub xəttinin tərəfləridir. ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin yeni mərhələsində mühüm siyasi rol oynayır.

Azərbaycan üçün təhlükəsiz xarici siyasət modeli rəqib güc mərkəzlərinin heç birindən birtərəfli asılılığın yaranmamasıdır.

Qarabağ Zəfəri Azərbaycanın siyasi coğrafiyasını dövlət sərhədlərindən qat-qat böyük miqyasda genişləndirib".

Paylaş

Xəbər lenti

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Bu gün, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Bu gün, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Bu gün, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Bu gün, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Bu gün, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48 Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Bu gün, 14:48 Qaydaları kobud şəkildə pozub özünü İFŞA ETDİ - ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 14:48 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi Bu gün, 14:48 Əli Əsədov Oljas Bektenovu təbrik edib Bu gün, 14:48 Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır Bu gün, 14:48 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ Bu gün, 14:48 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb Bu gün, 14:48 Yasamalda qurumuş ağac təhlükə saçır: "Bir az güclü külək olsa, kiminsə üstünə aşacaq" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR