Dünən, 19:48 63

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar

Azərbaycan Prezidentinin Qırğızıstana son səfərləri yalnız iki ölkə arasında münasibətlərin dinamikasını deyil, Azərbaycanın Mərkəzi Asiyada artan siyasi, iqtisadi və nəqliyyat rolunu da nümayiş etdirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə işgüzar səfəri iyulun 30–31-də Qırğızıstana baş tutmuş dövlət səfərinin ardınca gəlir. Cəmi bir ay ərzində iki ölkə arasında təmasların bu intensivliyi təsadüfi deyil: Bakı ilə Bişkek münasibətləri artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsindən çıxaraq konkret siyasi, iqtisadi və institusional əməkdaşlıq müstəvisinə keçir.

İyul səfərinin əsas siyasi nəticəsi Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi oldu. Çolpon-Atada imzalanan Müttəfiqlik Münasibətləri haqqında müqavilə və Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı ikitərəfli əlaqələrin yeni mərhələsinin hüquqi-siyasi əsaslarını möhkəmləndirdi. Eyni səfər çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının görüşünün keçirilməsi isə Bakı–Bişkek münasibətlərinin daha geniş regional əməkdaşlıq kontekstində inkişaf etdiyini göstərdi.

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar

Bu münasibətlərin artıq yalnız siyasi bəyanatlardan ibarət olmadığını konkret layihələr də göstərir. Azərbaycanın investisiyası ilə İssık-Kulda "Baku Resort & Spa" kompleksinin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, təhsil və mədəniyyət layihələri, Bakı–Bişkek hava əlaqələri iki ölkə arasında əməkdaşlığın praktiki məzmununu genişləndirir. Qırğızıstanın işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına məktəb inşa etməsi isə qarşılıqlı münasibətlərin humanitar və mənəvi ölçüsünü nümayiş etdirən nümunələrdəndir.

Bu mənzərədə Prezident İlham Əliyevin Bişkekə builki ikinci səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlət başçısı ŞƏT-in tədbirlərində iştirak etməklə yanaşı, təşkilatın əsas iştirakçıları ilə ikitərəfli təmaslarını da davam etdirir. Səfərin ilk saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüş keçirilməsi, Ermənistan Baş naziri Nikol Paşinyanla təmasın baş tutması Azərbaycanın regional və beynəlxalq gündəliklər arasında paralel işləyən diplomatik xəttini göstərir.

Burada ŞƏT platformasının əhəmiyyəti ayrıca qeyd olunmalıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və regional əməkdaşlıq gündəliyində mühüm platformalardan biridir. Azərbaycanın təşkilatla əməkdaşlığı da məhz bu çoxşaxəli gündəlik baxımından əhəmiyyətlidir.

Azərbaycanın əsas üstünlüyü isə onun coğrafi mövqeyidir.

Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən bağlantı ölkəsi kimi çıxış edir. Bu baxımdan ŞƏT məkanında nəqliyyat və logistika, tranzit, energetika, rəqəmsal bağlantılar və ticarət üzrə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli iqtisadi maraqları ilə üst-üstə düşür.

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı yalnız iqtisadi məsələlərlə məhdudlaşmır. Regional təhlükəsizlik, terrorçuluq və ekstremizmlə mübarizə, transmilli cinayətkarlığın qarşısının alınması, kibertəhlükəsizlik, gömrük və hüquqi əməkdaşlıq, turizm, təhsil, elm və mədəniyyət kimi istiqamətlər də bu platformanın Bakı üçün əhəmiyyətini artırır.

Azərbaycanın ŞƏT platformasında fəallığı yeni də deyil. Prezident İlham Əliyev 2022-ci ildə Özbəkistanda keçirilən sammitdə fəxri qonaq qismində iştirak edib, 2024-cü ildə Qazaxıstanda, 2025-ci ildə isə Çinin Tiencin şəhərində keçirilən tədbirlərdə çıxış edib. 2025-ci ildə Tiencində "ŞƏT plyus" formatında çıxış edən Prezident Azərbaycanın Çin və digər Asiya dövlətləri ilə əlaqələrinin, eləcə də nəqliyyat və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bişkekdəki hazırkı görüşlər isə bu siyasətin davamıdır.

Azərbaycanın ŞƏT platformasında iştirakı Bakının xarici siyasətində mühüm bir xətti - müxtəlif güc mərkəzləri və regional təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirmək siyasətini nümayiş etdirir. Bu, Azərbaycanın eyni vaxtda Avropa, Türk dünyası, İslam dünyası, Asiya və digər beynəlxalq platformalarla münasibətlərini inkişaf etdirməsinin yaratdığı çoxvektorlu diplomatik imkanların bir hissəsidir.

Əslində, Bişkekdə baş verənləri yalnız bir sammit çərçivəsində qiymətləndirmək düzgün olmazdı.

İyulda Çolpon-Atada Azərbaycan–Qırğızıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi. Avqustda isə Prezident İlham Əliyev yenidən Qırğızıstandadır - bu dəfə daha geniş Avrasiya platformasının gündəliyində Azərbaycanın mövqeyini təqdim etmək üçün.

Bu iki hadisə birlikdə daha böyük mənzərə yaradır: - Azərbaycan artıq yalnız regionunda baş verən proseslərə reaksiya verən ölkə deyil. O, regional bağlantıların, iqtisadi əməkdaşlığın və yeni geosiyasi münasibətlərin formalaşdığı platformalarda öz gündəliyini irəli sürən fəal tərəfdir.

Bişkek səfərinin əsas siyasi mesajı da məhz budur: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri dərinləşir, Qırğızıstanla müttəfiqlik möhkəmlənir, ŞƏT platformasında əməkdaşlıq genişlənir və Bakı Avrasiyanın dəyişən geosiyasi xəritəsində öz mövqelərini daha da gücləndirir.

Paylaş

Xəbər lenti

Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Dünən, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Dünən, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Dünən, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Dünən, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Dünən, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Dünən, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Dünən, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Dünən, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Dünən, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Dünən, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Dünən, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Dünən, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Dünən, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Dünən, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Dünən, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Dünən, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Dünən, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Dünən, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Dünən, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Dünən, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Dünən, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Dünən, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Dünən, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR