
Yunanıstan və İspaniya Ukraynaya kifayət qədər hərbi yardım göstərmədikləri üçün Avropa İttifaqının təzyiqi ilə üzləşə bilərlər.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Politico" nəşri Aİ-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukraynaya əhəmiyyətli sayda raketdən müdafiə sistemləri və ələkeçirici raketlər göndərməyən ölkələr, o cümlədən Yunanıstan və İspaniya bu həftə keçiriləcək görüşlərdə təzyiqlə qarşılaşacaqlar.
Aİ-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşlərinin bu həftə İrlandiyada keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso avqustun 29-da Aİ-nin Ukraynaya dəstək siyasətini tənqid edərək, birliyin bu istiqamətdə böyük strateji səhvə yol verdiyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.