30-08-2026, 23:48 76

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Ermənistanda keçirilən parlament seçkisində Nikol Paşinyanın böyük üstünlüklə qalib gəlməsindən sonra ölkə daxilində yeni siyasi gərginliklər yaşanır. Azərbaycanın tarixi qələbəsinin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar və seçkidə əldə edilən qələbənin verdiyi imkanlardan istifadə edən Nikol Paşinyan rəqiblərinə qarşı yeni hücum strategiyasına start verib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Münaqişə və sülh məntiqi

Hər şey Ermənistan parlamentinin hökumətin 2026-2031-ci illər üzrə proqramını təsdiqləməsi ilə başlayıb. Proqramın xarici siyasətə həsr olunmuş bölməsində qeyd edilib ki, hökumət Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələri, həmçinin Rusiya ilə çoxtərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Baş nazir qeyd edib ki, proqram tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır. Paşinyanın sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir. "Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - baş nazir qeyd edib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan üçün ən böyük maneə

Paşinyanın hesablamalarına görə, növbəti iqtidar dönəmində qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində ən böyük maneə Ermənistan daxilində kənardan idarə olunan revanşist qüvvələr və keçmiş Qarabağ klanı, həmçinin böyük təsir imkanlarına malik oliqarxlardır. Burada kənar qüvvə dedikdə Rusiyanın nəzərdə tutulması heç kimə sirr deyil. Artıq Paşinyan hökuməti nəzərdə tutduğu bu maneənin aradan qaldırılması üçün əməli addımlar atmağa başlayıb.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Köçəryanın həbsi, Sarqsyana ittiham

Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. R.Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb. Ermənistanın sabiq prezidenti, azərbaycanlılara qarşı soyqırımıların həyata keçirilməsinin ən fal iştirakçılarından olmuş Serj Sarqsyana isə ölkəni tərk etmək qadağan edilib. Serjə ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb. Bu sıraya Samvel Karapetyan və Tsarik Sarukyan kimi oliqarxlara qarşı başlanılmış cinayət işlərini də əlavə edə bilərik.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Avropa İttifaqına üzvlük, KTMT-dən çıxmaq

Əslində bu həbslərin həm də Paşinyanın kənar qüvvə adlandırdığı Rusiyanın Ermənistan daxilindəki mövqelərinin zəiflədilməsinə hesablandığı aşkardır. Seçkidən sonra Moskvanın rəsmi səviyyədə Paşinyanı qələbə münasibəti ilə təbrik etməməsi, İrəvana qarşı tətbiq olunan iqtisadi təzyiqlər Ermənistan-Rusiya qarşıdurmasının daha da gərginləşəcəyinin ilkin anonsları idi. Bu gərginlik Paşinyanın son açıqlamaları fonunda yeni müstəviyə keçib. Baş nazir Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyə hazırlaşdığını bəyan edib. Həmçinin Rusiyaya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara satmağı təklif edib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsi Ermənistan üçün beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını əldən vermək riski yaradır. Paşinyan ölkənin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı da açıqlamalar verib. Qeyd edib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir. "Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib", - o əlavə edib.

"Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Bütün bu açıqlamalar Rusiyanın Ermənistan siyasətində qırmızı xətlərin keçilməsi anlamına gəlir. Moskva hələlik Ermənistan daxilindəki siyasi dayaqları hesab olunan revanşistlərin həbsinə səssiz qalsa da, KTMT ilə bağlı mövqeyini ortaya qoyub. "Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə

Paşinyan isə daha da irəli gedərək müxalifətin Ermənistana KTMT sülhməramlılarının yeridilməsini istədiyini bildirib. "Sizin məqsədiniz odur ki, KTMT sülhməramlıları Ermənistana daxil olsun. Heç bir KTMT sülhməramlısı, ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq. Çünki sülh bərqərar olub, Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - Paşinyan bildirib.

Paylaş

Xəbər lenti

Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Dünən, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Dünən, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Dünən, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Dünən, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Dünən, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Dünən, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Dünən, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Dünən, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Dünən, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Dünən, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR