
İran Silahlı Qüvvələri son bir həftə ərzində 30 gəminin Hörmüz boğazından lazımi razılıq olmadan keçməsinin qarşısını alıb.
BAKU.WS xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, hazırda strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçilik məhdud rejimdə davam edir. Gəmilərin boğazdan keçidi İran tərəfi ilə əvvəlcədən razılaşdırılmalı və müəyyən edilmiş rüsumlar ödənilməlidir.
İran Silahlı Qüvvələrinin icazəsiz keçid cəhdlərinin qarşısını almaq məqsədilə ərazidə nəzarəti gücləndirdiyi bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.