
ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən silahlı atışma nəticəsində azı 2 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, avqustun 30-da yerli vaxtla saat 00:25 radələrində Trenton Polis Departamentinə şəhərin yaşayış məntəqələrindən birində atışma baş verdiyi barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları güllə yaraları alan 11 nəfərlə qarşılaşıblar. Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Digər 9 yaralı isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Atışmanın hansı səbəbdən baş verdiyi və hadisənin arxasında kimin dayandığı hələlik müəyyən edilməyib.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.