
Xalq artisti Gülyanaq Məmmədovanın kiçik oğlu Uğur addımı ilə marağa səbəb olub.
AVESTA.AZ xəbər verir ki, azyaşlı yaşadıqları binanın həyətində qonşular üçün konsert verib.
Bu barədə Gülyaz Gülyanaq Məmmədovaların instaqram hesabında görüntülər paylaşılıb.
Videoda azyaşlı Uğurun anasına sürpriz edərək binanın həyətində mahnı oxuduğu görüntülər yer alıb.
Bu barədə danışan Gülyanaq Məmmədova "Övladımın bu xoş sürprizi daha önəmli idi. Bu, həm məni, həm də mehriban qonşularımızı çox məmnun etdi" - deyə bildirib.
Qeyd edək ki, Ziya adlı şəxslə ailəli olan Gülyanaq Məmmədovanın dörd övladı var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.