
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal qazana bilməyib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb.
Gərgin keçən görüşdə rəqibinə 5:7 hesabı ilə məğlub olan Həsrət Cəfərov dünya çempionatını beşinci pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.