Bu gün, 16:48 116

AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edib.

AVESTA.AZ-in məlumatına görə, müraciətdə deyilir:

"Biz, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ilk növbədə Sizə dərin ehtiramımızı bildiririk.

Sizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləriniz zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləriniz dövründə Azərbaycan dilində apardığınız söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır.

Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.

Hörmətli Prezident!

İranda yaşayan köklü azərbaycanlılar orta və ali məktəblərdə ana dilində təhsil almaları, doğma dillərində mətbuatın və ədəbiyyatın olması yollarında səylər göstərir və təşəbbüslər irəli sürürlər. Lakin onların bu istiqamətdəki qanuni hüquqları indiyədək yerinə yetirilməmişdir. Bu da təbii olaraq İran azərbaycanlıları arasında ciddi narahatlığa səbəb olur. Çünki hazırda dünyada öz ana dilində yazıb-oxumaqdan məhrum olan çox az sayda xalqlar qalmışdır. Biz də hesab edirik ki, dünyanın başqa xalqları kimi, İranda yaşayan köklü azərbaycanlıların da öz ana dilində təhsil almaq hüququ təmin olunmalıdır.

Bu baxımdan Sizin İran İslam Respublikasında keçirilən tədbirlərdə, eyni zamanda, Azərbaycan Respublikasına səfəriniz zamanı Azərbaycan dilində də danışmağınız, böyük Azərbaycan və İran şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" poemasından bəzi parçaları əzbər söyləməyiniz, ibrətamiz misallar çəkməyiniz İranda olduğu kimi, Azərbaycan Respublikasında da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Eyni zamanda, İran İslam Respublikasının müxtəlif regionlarında ayrı-ayrı xalqların nümayəndələri ilə, o cümlədən azərbaycanlılarla onların öz ana dilində qurduğunuz ünsiyyət dövlət rəhbəri kimi Sizə bəslənilən hörmət və ehtiramın daha da qüvvətləndirilməsinə xidmət edir.

Hörmətli Prezident!

Son illərdə İran İslam Respublikası üçün yaşanan taleyüklü məqamlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin göstərdiyi dostluq və xeyirxah qonşuluq münasibətlərinə verdiyiniz ədalətli qiymət Sizin dövlət başçısı kimi obyektivliyinizin əyani göstəricisidir.

Bütün bu mətləbləri nəzərə almaqla, biz inanırıq ki, Siz İran azərbaycanlılarının ana dilində, doğma Azərbaycan dilində təhsil almaları üçün də dövlət səviyyəsində tədbirlər həyata keçirməklə onların çoxəsrlik arzularının yerinə yetirilməsini təmin edəcəksiniz.

İranda yaşayan köklü azərbaycanlıların təhsil almaları üçün Azərbaycan dilində məktəblərin açılmasına ciddi ehtiyac vardır. Bundan başqa, İranda Azərbaycan dilində nəşr edilən qəzet və jurnalların çapına, Azərbaycan dilində elmi və bədii əsərlərin nəşr edilməsinə icazə verilməsi həlli zəruri olan məsələlərdəndir. Bunlar həm də İranda yaşayan Azərbaycan xalqının ölkənizin Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi baxımından da əhəmiyyətli bir addım ola bilər.

Xalqların ana dilinə, milli ədəbiyyatına və mədəniyyətinə hörmətlə yanaşmaq, bu istiqamətdə əməli tədbirlər həyata keçirmək dövlət rəhbəri üçün mühüm tarixi vəzifədir. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə İranda yaşayan azərbaycanlıların ana dilində yazıb-oxumaq hüququ təmin ediləcəkdir.

Hörmətli Prezident!

Biz, bu məktubu imzalayan elm adamları Azərbaycan dili və ədəbiyyatına dair çoxsaylı dərsliklərin, tədqiqatların müəllifləri, lüğətlərin və ensiklopediyaların tərtibçiləriyik. Biz İranda Azərbaycan dilində tədris aparılacaq məktəblərə istənilən qədər dərslik və əlavə ədəbiyyat, bədii və elmi əsərlər, ensiklopediya və lüğətlər hədiyyə edə bilərik. Dövlətlərarası razılaşma əsasında İranın Azərbaycan dilində tədris təşkil olunacaq məktəblərində təmənnasız dərs deməyə hazır olduğumuzu da yüksək diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Bu məktuba Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) aşağıdakı nümayəndələri imza atır:

1. Nadir Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor;

2. Mehman Həsənli – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru;

3. Qəzənfər Paşayev – Əməkdar elm xadimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

4. İmamverdi Həmidov – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

5. İsmayıl Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

6. Sərxan Xavəri – AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru;

7. İsmayıl Kazımov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

8. İlham Tahirov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mədəni dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

9. . Aygül Hacıyeva – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk əlyazmaları şöbəsinin müdiri, filologiya elmləri doktoru;

10 Fəridə Əzizova – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

11. Nərgiz Hacıyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

12. Akif İmanlı – filologiya elmləri doktoru, professor;

13. Əfzələddin Əsgərov – AMEA Folklor İnstitutunun Türk xalqlarının folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru;

14. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent;

15. Xədicə Heydərova – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;

16. Arzu Məmmədxanlı – AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru;

17. Zümrüd Mənsimova – AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent;

18. Aynur Mahmud – AMEA Rəyasət Heyəti Aparatının Həmkarlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru;

19. Əsmər Əliyeva – AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru;

20. Səriyyə Gündoğdu – AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent."

Paylaş

Xəbər lenti

İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Bu gün, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Bu gün, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Bu gün, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Bu gün, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Bu gün, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Bu gün, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Bu gün, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Bu gün, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Bu gün, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Bu gün, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Bu gün, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Bu gün, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Bu gün, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48 Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub Bu gün, 14:48 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu Bu gün, 14:48 Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb Bu gün, 14:48 Salyanda kişi ana-atasını və arvadını bıçaqlayıb, ölən var Bu gün, 14:48 2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR Bu gün, 13:48 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif Bu gün, 13:48 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb Bu gün, 13:48 Həkimdən şok əməl - 49 uşağın bioloji atası olduğu üzə çıxdı Bu gün, 13:48 Apple ekran problemi olan bu modellərini dəyişdirəcək Bu gün, 13:48 Bakıda 48,7 kilometrlik yol təmir olunub Bu gün, 13:48 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat Bu gün, 13:48 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi Bu gün, 13:48 Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye Bu gün, 13:48 Siyəzəndə 43 yaşlı qadın qətlə yetirilib, qohumu saxlanılıb Bu gün, 13:48 Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb Bu gün, 13:48 Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur Bu gün, 12:48 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq Bu gün, 12:48 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR Bu gün, 12:48 Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı Bu gün, 12:48 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR