
Azərbaycanda tərkibində 4 dəfədən artıq nitrat olan kartof satıldığı iddia edilir.
BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımdan aydın olur ki, vətəndaş aldığı kartofu evdə xüsusi cihaz vasitəsilə yoxlayarkən gözlənilməz nəticə ilə qarşılaşıb.
Belə ki, cihazın göstəricisi 1100 olub. Vətəndaşın bildirdiyinə görə, normanın 250-ni keçməməli olduğu halda, ölçmə nəticəsi bu həddi 4 dəfədən çox üstələyib.
Qeyd edək ki, kartof bitkisinin inkişafını sürətləndirmək, yumruların böyüməsini dəstəkləmək və məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə istifadə olunan kalium nitratın normadan artıq tətbiqi mənfi nəticələrə səbəb ola bilər.
Kalium nitrat bitkini azot və kaliumla təmin edir. Azot yarpaq və gövdənin inkişafına, kalium isə bitkinin su balansının tənzimlənməsinə və yumruların formalaşmasına kömək edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.