Dünən, 20:48 107

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərara alınıb.

Hökmdə qeyd edilib ki, R. Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.

DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.

Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.

İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə ittiham olunur.

Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.

Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.

Paylaş

Xəbər lenti

İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Bu gün, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Bu gün, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Bu gün, 22:48 Göygöldə evdən meyit tapıldı Bu gün, 22:48 Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi Bu gün, 22:48 FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb Bu gün, 22:48 "Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı Bu gün, 21:48 Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR Bu gün, 21:48 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib Bu gün, 21:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Bu gün, 21:48 Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib Bu gün, 21:48 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Bu gün, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Bu gün, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Bu gün, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Bu gün, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Bu gün, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Bu gün, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Bu gün, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Bu gün, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Bu gün, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Bu gün, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Bu gün, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Bu gün, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Bu gün, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR