Dünən, 10:48 138

Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, müraciəti Baş Prokuror Kamran Əliyev səsləndirilib.

Müraciətdə deyilir:

"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.

Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.

Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.

İclasın işinə uğurlar arzulayıram".

Paylaş

Xəbər lenti

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı Bu gün, 13:48 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq? Bu gün, 13:48 Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar Bu gün, 13:48 Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir Bu gün, 13:48 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi Bu gün, 13:48 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi Bu gün, 13:48 Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan" Bu gün, 13:48 AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq Bu gün, 13:48 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur Bu gün, 13:48 Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir Bu gün, 13:48 Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48 "SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib Bu gün, 12:48 Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər? Bu gün, 12:48 TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı Bu gün, 12:48 Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb Bu gün, 12:48 Sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşə bilər - HAVA PROQNOZU Bu gün, 12:48 Professor Adilə Abbasova vəfat edib Bu gün, 12:48 14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi Bu gün, 11:48 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı Bu gün, 11:48 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur Bu gün, 11:48 Ceyhun Bayramov Türkiyəyə səfər edib Bu gün, 11:48 Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR Bu gün, 11:48 Azərbaycanda terrorçuluqda təqsirləndirilən 8 nəfərə hökm oxundu Bu gün, 11:48 İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib Bu gün, 11:48 Azərbaycanın turizm imkanları Asiya-Sakit okean regionundan 50-dən çox alıcıya təqdim olunur Bu gün, 11:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir Bu gün, 10:48 "Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar Bu gün, 10:48 Azərbaycanda yeni ombudsman seçiləcək Bu gün, 10:48 Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər" Bu gün, 10:48 Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir Bu gün, 10:48 Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib Bu gün, 10:48 Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir" Bu gün, 10:48 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? Bu gün, 09:48 Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib Bu gün, 09:48 Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib" Bu gün, 09:48 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı Bu gün, 09:48 Azeri Light neftinin qiyməti 125 dolları ötüb Bu gün, 09:48 ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı Bu gün, 08:48 Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb Bu gün, 08:48 Kredit götürənlərin NƏZƏRİNƏ - Banklar artıq bunu edə bilməyəcək Bu gün, 08:48 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? Bu gün, 08:48 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat Bu gün, 08:48 14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir Bu gün, 08:48 Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR