14-07-2026, 22:48 138

İran böhranı nefti bahalaşdırdı: Azərbaycanı nə gözləyir?

İran ətrafında davam edən hərbi gərginlik və Hörmüz boğazında yaranan risklər qlobal enerji bazarında ciddi təsirlər yaradır.

BAKU.WS-in məlumatına görə, son dövrlərdə "Brent" markalı neftin bir barelinin qiymətinin yenidən 80 dollar səviyyəsinə yüksəlməsi göstərir ki, münaqişənin uzanması və coğrafiyasının genişlənməsi ehtimalı bazarlarda qeyri-müəyyənliyi artırır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, Hörmüz boğazı dünya enerji tədarükünün əsas marşrutlarından biri olduğuna görə, burada yaranan istənilən çətinlik neft və təbii qazın qiymətlərinə birbaşa təsir edir:

"Eyni zamanda, yükdaşımaların mürəkkəbləşməsi logistika xərclərini artırır ki, bu da qlobal bazarlarda bir sıra məhsulların bahalaşmasına səbəb olur.

Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, regional və beynəlxalq münaqişələr yalnız dialoq və diplomatik yollarla həll edilməlidir. Prezident İlham Əliyev də Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı regional müharibələrin mümkün qədər tez başa çatmasının vacibliyini bir daha vurğulayıb.

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir göstərir. Bir tərəfdən, ixrac gəlirləri artır, Dövlət Neft Fonduna daha çox vəsait daxil olur və ölkəyə əlavə valyuta axını təmin edilir. Bu, dövlət büdcəsinin gəlirlərinin artmasına və maliyyə dayanıqlığının güclənməsinə müsbət təsir göstərir.

Digər tərəfdən isə bahalaşan enerji daşıyıcıları qlobal inflyasiyanı sürətləndirir və bu proses idxal olunan məhsulların qiymətlərinə də təsirsiz ötüşmür. Nəticədə, Azərbaycanda da xaricdən gətirilən bəzi malların maya dəyəri artır. Dövlət tərəfindən qiymət artımlarının təsirini minimuma endirmək və daxili bazarda sabitliyi qorumaq istiqamətində müvafiq tədbirlər görülsə də, qlobal enerji bazarındakı dəyişikliklər ölkə iqtisadiyyatına dolayısı ilə təsir göstərməkdə davam edir.

Ümumilikdə, neftin yüksək qiyməti qısamüddətli dövrdə Azərbaycan üçün əlavə gəlir mənbəyi yaratsa da, uzunmüddətli perspektivdə regional sabitliyin bərpası və enerji bazarlarında tarazlığın qorunması həm ölkəmiz, həm də dünya iqtisadiyyatı üçün daha vacib amil olaraq qalır".

Paylaş

Xəbər lenti

Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Bu gün, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Bu gün, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Bu gün, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Bu gün, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Bu gün, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Bu gün, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Bu gün, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Bu gün, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Bu gün, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Bu gün, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Bu gün, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Bu gün, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Bu gün, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Bu gün, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Bu gün, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Bu gün, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Bu gün, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Bu gün, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Bu gün, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR