
Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk və Ayna Sultanova parkları arasında piyadaların hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə yeni piyada svetoforları quraşdırılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən mövcud svetofor obyekti təkmilləşdirilib. Görülən işlər çərçivəsində 2 yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb, həmçinin mövcud dirəklərə daha 2 piyada bölməsi əlavə olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, həyata keçirilən yeniliklər Atatürk və Ayna Sultanova parkları arasında, eləcə də parkdan ətrafdakı obyektlərə keçidi piyadalar üçün daha təhlükəsiz və rahat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.