23-07-2026, 14:48 11

ARDNF-in aktivləri 73 milyard dollara yaxındır

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 milyard 596 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 1,3 % azdır.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 531,3 milyon manat, o cümlədən neft-qaz gəliri 4 milyard 953,4 milyon manat, idarəetmə gəliri isə 3 milyard 577,9 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 6 milyard 447,9 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 3 milyard 688,1 milyon manat təşkil edib.

6 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 374,9 milyon manat, "Şahdəniz" yatağından isə 437,1 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 2,1 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 12,3 milyon manat yönəldib, idarəetməyə isə 15,4 milyon manat xərcləyib.

"I rübdə başlamış ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunub və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. II rübdə isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub, müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.

I rübün əvvəlində investorların etibarlı aktivlərə yönəlməsi dövlət istiqrazlarının qiymətlərini dəstəkləyib. I rübün sonlarından etibarən bu meyil əksinə dönüb, neft qiymətlərinin kəskin artımı inflyasiya gözləntilərini yenidən gücləndirib və inkişaf etmiş ölkələrin bazarlarında istiqrazların dəyər itirməsinə səbəb olub. Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir edib, ABŞ dolları istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirib", - deyə ARDNF bəyan edib.

Bildirilir ki, qlobal səhm bazarları I rübün əvvəlində müsbət nəticələr göstərib, lakin İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin artması səbəbindən I rübün qalan hissəsində geriləyib. II rübdə bazarlarda bərpa müşahidə edilib, süni intellekt sahəsinə investisiya marağı və atəşkəs danışıqları fonunda neftin ucuzlaşması hesabına bu rüb 2020-ci ildən bəri səhm bazarları üçün ən uğurlu rüb olub. II rübün sonunda texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunun səhmlərinə mənfi təsir göstərib və volatillik yenidən artıb.

"Qızılın qiyməti I rübün əvvəlində kəskin artıb, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olub. I rübün sonunda isə qiymətlər kəskin azalıb və real faiz dərəcələrinin artımı fonunda bu eniş II rüb ərzində davam edib", - məlumatda deyilir.

Paylaş

Xəbər lenti

Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Bu gün, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Bu gün, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Bu gün, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Bu gün, 16:48 Ekrem İmamoğluna hökm oxundu Bu gün, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Bu gün, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Bu gün, 16:48 İqtisadi Şuranın iclası keçirildi: Taleh Kazımovun məruzələri dinlənildi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün hava PİS KEÇƏCƏK Bu gün, 16:48 11 sentyabr terror aktı ilə bağlı yeni şahid ortaya çıxıb Bu gün, 15:48 Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Türk dövlətləri arasında TÜRKPOL yaradılır Bu gün, 15:48 Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar Bu gün, 15:48 NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib Bu gün, 15:48 Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək Bu gün, 15:48 "Ağıllı su şəbəkələri" tətbiq olunacaq Bu gün, 15:48 "Bank Respublika" "Access Bank"ı alır Bu gün, 15:48 Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya Bu gün, 15:48 Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı içkilər açıqlanıb Bu gün, 14:48 Dərsliklərdəki problemlər parlamentdə müzakirə olunacaq - Nazir deputata nə deyib? Bu gün, 14:48 Rövşən Nəcəf: "Azərbaycanla Türkiyənin enerji tərəfdaşlığı strateji tərəfdaşlığın mühüm hissəsidir" Bu gün, 14:48 Xankəndidə yaşayan əhalinin sayı açıqlandı Bu gün, 14:48 Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb Bu gün, 14:48 Bank soyğunu cəmi bir neçə dəqiqə çəkdi: İşçilərin üzünə bibər tozu atdı Bu gün, 14:48 Nazir: "Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub" Bu gün, 14:48 Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb Bu gün, 14:48 Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi Bu gün, 14:48 Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb Bu gün, 14:48 Maqdalena Qrono: Aİ Bakı və İrəvan arasında sülh prosesindəki müsbət dinamikanı alqışlayır Bu gün, 14:48 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işinə başlayıb Bu gün, 13:48 Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi Bu gün, 13:48 Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR