
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, Oktyabr, R. Axundov, L. Məmmədbəyova küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.